Tanınmış jurnalistə nazirlikdə vəzifə verildi

09.12.2020 - 13:37

Tanınmış jurnalist, İctimai Televiziyanın ən məşhur reportyorlarından hesab olunan Sərvər Abdullayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində fəaliyyətə başlayıb. O, bundan sonra sözügedən qurumun müvafiq şöbəsində baş mütəxəssis kimi çalışacaq.
2016-cı ilədək Xaçmazda fəaliyyət göstərən ARB Şimal Televiziyasının Şef redaktoru, sonra isə Xəzər TV-də yayımlanan “Oyan Azərbaycan” proqramının əvvəlcə sosial müxbiri, sonra baş redaktoru olan Sərvər Abdullayev, 2017-ci ildən İctimai Televiziyanın (İTV) İnformasiya departamentində jurnalist kimi çalışıb. O, İTV-nin Prezident Administrasiyasında akkreditə olunmuş müxbiri, eləcə də Parlament jurnalisti kimi fəaliyyət göstərib. Həmçinin çalışdığı televiziyanın (İTV) “ağır artilleriyası” hesab olunan repartyorlarından biri kimi tanınıb. Sosial, siyasi, qanunvericilik və digər sahələrdə çoxsaylı xəbər və reportajların müəllifidir.
Həmkarımız Vətən müharibəsi zamanı cəbhəyə könüllü yollanan jurnalistlərdəndir. Cəbhənin müxtəlif istiqamətlərində, eləcə də mülki ərazilərimizdə baş verən hadisələrlə bağlı operativ məlumatları reportaj və canlı efirlər vasitəsilə tamaşaçılara çatdırıb.
Sərvər Abdullayev “Səhnəmizin Məcnunu” adlı sənədli filmin də müəllifidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158222

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930