17 yaşlı Züleyxanın böyük uğuru- ən nüfuzlu universitetdə təhsil alacaq

22.12.2020 - 15:35

17 yaşlı azərbaycanlı qız dünyanın ən nüfuzlu universitetinə qəbul olub.

Musavat.com xəbər verir ki, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının məzunu Züleyxa Kişiyeva ABŞ-ın ən qədim, dünyanın ən məşhur universitetlərindən biri olan Pensilvaniya Universitetinin Wharton Biznes məktəbində tam təqaüd ilə təhsil almaq imkanı əldə edib.

Züleyxa Kişiyeva beynəlxalq SAT (1560 bal) və IELTS (Overall 7.5) imtahanlarına hazırlaşaraq, rəsmi imtahanlarda yüksək nəticələr əldə edib.

Züleyxanın rəsmi imtahan nəticələrini əldə etdikdən sonra xaricdə təhsil istiqamətində araşdırmasına Beynəlxalq Təlim və Layihə Mərkəzinin Beynəlxalq Əlaqələr Departamenti direktoru Zəfər Həsənov tərəfindən dəstək verilib.

Daha sonra Zəfər Həsənovun dəstəyi ilə Zəhra Qasımzadə ilə həmkarı olduğu “Click Energy” adlı klaviaturadan enerji alan layihəsi GENIUS Olimpiadasında da qalib olaraq, 20.000 dollar təqaüdə layiq görülüb.

Züleyxa Kişiyeva qəbul faizi 8,4 faiz olan Pensilvaniya Universitetinin bakalavr pilləsində təhsil almaq şansını əldə edən yeganə azərbaycanlıdır.

Qeyd edək ki, Donald Trump, İvanka Trump, Elon Musk, Warren Buffett kimi bir çox məşhur şəxslər də bu universitetin məzunlarıdır. Züleyxa Kişiyeva burada İqtisadiyyat ixtisası üzrə təhsil alacaqdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158718

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930