Bakıda bağ evlərinin qiyməti xeyli artıb – SƏBƏB

10.02.2021 - 15:53

Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində həm ay, həm də il ərzində əhəmiyyətli dərəcədə artım qeydə alınıb.

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun Trend-ə verdiyi məlumata görə, yanvar ayında fərdi yaşayış və bağ evlərinin qiymətində 8.99 faiz artım müşahidə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 10.87 faizə bərabər olub.

Ekspertin sözlərinə görə, qiymət artımına müxtəlif amillər təsir edir:

“Bu amillərdən biri bazarda struktur dəyişikliyidir, yəni daşınmaz əmlak ucuz alınır, baha satılır və tədricən ucuz əmlaklar sıradan çıxır. Digər faktorlar isə inflyasiyanın təsiri, daşınmaz əmlak bazarında təklif paketinin azalmasıdır. Bütün bu amillər qiymətlərə təzyiqlər yaradır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161095

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930