Ölkədə növbəti sensasion həbslər olacaq…sırada kimdir? – İlqar Məmmədovla “Canlı”da

12.02.2021 - 11:44

Büdcə oğruları talan etdikləri dövlət əmlakını geri qaytarmaq istəmir. Növbəti sensasion həbslər gözlənir. Kim ki oğurladıqlarını dövlətə təhvil verir, onu əfv edirlər. Əks addım atanlar həbs olunur.
Proses aşağıdan yuxarıya davam edir. Bir növ oliqarxlara maliyyə amnistiyası təklif edilir. Ölkənin ən yaxşı günündə milyonlar, milyardlar oğurlamış bu oğru-quldur dəstəsi ölkənin ağır günündə talan etdikləri dövlət vəsaitlərini geri qaytarmaq məcburiyyətindədilər. Əks təqdirdə… Bəs bu proses bu qədər pullu, imkanlı şəxslərin gizli ittifaqa girib, dövlətə problem yaratmalarına səbəb ola bilərmi?

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib ki, Azərbaycan Zəngəzura girməyə hazırlaşır. Sabiq məmur bunun yaxın 5 ildə baş tutacağını söyləyib. Bəs gerçəkdən də bizim Zəngəzuru, Göyçəni, digər tarixi torpaqları işğaldan geri almaq şansımız varmı? Prezident İlham Əliyev 10 dekabr Zəfər Paradında Göyçənin, İrəvanın, Zəngəzurun azad ediləcəyi ilə bağlı mesaj və anons verdi.

Ramiz Mehdiyevə qalib gəlmək niyə mümkün olmadı? Dövlət onun nazıyla niyə bu qədər çox oynayır? Keçmiş xidmətlərini dəyərləndirdiyi üçünmü? Yoxsa ortada başqa səbəblər var? Kimsə onun qədər müqavimət göstərsəydi, bu cür sərt getsəydi, bəyanatı bəyanata calasaydı, çoxdan əzib keçmişdilər üstündən.

Real-ın Milli Məclsidə təmsil olunduğu üçün dövlətdən maliyyə alması bu təşkilatı və onun liderini hədəfə gətirib. Qanunla, şəffaf şəkildə dövlətdən maliyyə almaq niyə tənqid edilsin?

Rusiya rəsmiləri artıq gündəmdən çıxmış status məsələsini vaxtaşırı, az qala, israrla dilə gətirir, gündəmdə saxlamağa çalışırlar. Son olaraq Lavrovun müavini Andrey Rudenko, ondan əvvəl Lavrov və Putin, daha sonra eks-prezident Dmitri Medvedyev və spiker Valentina Matviyenko və s. bu haqda danışıblar. Mövzu nə vaxtadək spekulyasiya predmeti olacaq? Yoxsa bu, Kremldən ötrü Bakıya gələcək təzyiqlər üçün bir ehtiyat rıçaq qismində saxlanılır? Bəlkə daim Rusiyadan narazı olan və onu Qərblə şantaj edən erməniləri sakitləşdirmək niyyəti güdülür? Status məsələsi dondurulub, yoxsa gorbagor olub?

Bu və gündəmdəki digər mövzuları bu gün saat 12.00-də Real Partiyasının sədri İlqar Məmmədovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161289

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930