1989-cu ildən başlayan Leyla Yunus-Elçibəy ixtilafı…

22.07.2019 - 11:12

“KQB agenti” Rusiya qoşunlarını Azərbaycandan qova bilərdimi?

“Elçibəy keçmiş dissident və Yaxın Şərq üzrə alim idi. Hətta onu tənqid edənlər də etiraf edirdi ki, o, böyük və dürüst adamdır, eyni zamanda əxlaqi dəyərlər baxımından nüfuz sahibidir. O, Azərbaycanin gələcəyini Türkiyə ilə yaxın olmaqda görürdü. Davamlı şəkildə azərbaycanlıların “türk” olduğunu vurğulayırdı. O, İrana və Rusiyaya düşmən münasibətdə idi. Nümayişkaranə şəkildə ictimaiyyət qarşısında rus dilində danışmaqdan imtina edirdi, hətta Moskvada olanda (prezident kimi. E.H) tərcüməçidən istifadə edirdi”.

Britaniyalı jurnalist və yazıçı, Karneqi Beynəlxalq Sülh Fondunun təhlılçisi, Qafqaz və Qarabağ münaqişəsi üzrə mütəxəssis olan Tomas de Vaal “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” adlı kitabında belə yazır.

İlk dəfə 2003-cü ildə Nyu Yorkda çapdan çıxan həmin kitabda Leyla Yunusla da bağlı maraqlı bir məqam var. Leyla xanımın 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin (AXC) daxilində gedən proseslərə münasibətini açıqlayarkən belə deyir: “Sovet İttifaqı Kommunist Partiyasını totalitarizmdə ittiham edən bəzi AXC liderləri artıq bolşevizmin ən pis tərəflərindən yararlanmağa başlamışdı”…

Tarixə diqqət edin. Söhbət 1989-cu ildən gedir. Məhz həmin il Əbülfəz bəy AXC-nin sədri seçilmişdi və Leyla xanım Əbülfəz bəyin AXC sədri seçilməsini bolşevizmin qələbəsi kimi dəyərləndirmişdi…

Yəni, Leyla Yunusun Əbülfəz Elçibəyə münasibəti tarixi-qədimdən pis olub.

Heç mənim də Əbülfəz bəyə xüsusi simpatiyam yoxdur. Mənim düşüncəmə görə, o, üzərinə düşən tarixi missiyanı yerinə yetirə bilmədi. Bu barədə dəfələrlə yazmışam. Ona da əminəm ki, bütün siyasətçiləri, o cümlədən Əbülfəz Elçibəyi də tənqid etmək olar. Ümumiyyətlə, tənqidə imkan verməyən cəmiyyət ölü cəmiyyətdir.

Ancaq bu işdə bir “əmma” var. Elçibəyi bacarıqsızlıqda, səriştəsizlikdə ittiham etmək olar. Bəs ona rüşvətxor, korrupsioner, qohumbaz, yerlibaz, klançı demək olarmı? Məncə, olmaz. Ən azı ona görə ki, rəhmətlik bəyin belə bir şakəri yox idi.

Əslində Leyla xanıma Elbəyi Həsənli yox, Əli Kərimli, İsa Qəmbər… etiraz etməlidir. Ancaq onlar müdrikcəsinə suduqlarına görə danışmaq zorundayam. Bəli, mən də Elçibəyi tənqid edirəm. Ancaq heç bir halda kimsənin Elçibəyə şər atmasına bəraət qazandıra bilmərəm. Mənə görə, Əbülfəz bəyi “KQB agenti” kimi təqdim etmək, onu “naxçıvan-yeraz” mafiyasının memarları sırasına salmaq allahsızlıqdan başqa bir şey deyil.

Bir daha Tomas de Vaaldan gətirdiyim sitata dönürəm. Britaniyalı yazar deyir ki, Əbülfəz bəy nümayişkaranə şəkildə ictimaiyyət qarşısında rus dilində danışmaqdan imtina edirdi, hətta prezident kimi Moskvada olanda tərcüməçidən istifadə edib. Zatən, Tomas de Vaal-sız da çoxları bilir ki, Əbülfəz bəy işğalçı Rusiyaya nifrət edirdi. Onun göstərişi ilə Rusiya qoşunları Azərbaycandan qovuldu. Yəni, bir “KQB agenti” bunu edə bilərdimi?

Milli Şuranın sədri Cəmil Həsənli Leyla Yunusun ittihamlarına verdiyi pambıq kimi yumşaq cavabı da təəssüf hissi ilə oxudum. Və həmin cavabda belə bir yer vardı: “ (Leyla Yunusun dedikləri. E.H.) …köhnə ixtilafların hazırki birtərəfli təzahürüdür”.

“Köhnə ixtilafın yeni təzahürü”. Bu günlərdə 30 illiyi qeyd olunan AXC-ni əslində bu daxili ixtilaflar bitirdi. AXC-nin bütün uğursuzluqlarının kökündə məhz bu amil dayanır. Bu ixtilaflar Əbülfəz Elçibəyi iqtidardan getməyə məcbur etdi. Daxili ixtilafların AXC-yə vurduğu sağalmaz yaraları hamı görür. Buna baxmayaraq, bu dağıdıcı proses davam edir. Ona da əminəm ki, bu təşkilat tamamilə sıradan çıxana qədər bu proses davam edəcək. Bu mərəzin dərmanı yoxdur…

P. S. Yazını musavat.com -a göndərərkən internet resurslarına bir daha göz gəzdirdim. Gördüm ki, Youtube platformasında Əli Kərimlinin Leyla Yunusa cavabı, nəhayət ki, yayımlanıb…

Aşağıdakı linkdə haqqında məqalədə yazılan istinad yer allb:

https://books.google.ch/books?id=0OOgBwAAQBAJ&pg=PA86&lpg=PA86&dq=Abulfaz+Elchibey&source=bl&ots=LYJ0lnaPgI&sig=ACfU3U0EDxa5Ac22KNQMoBOY-KL7UM1Dqg&hl=de&sa=X&ved=2ahUKEwi-p8mXusPjAhUT7KYKHW0wAzA4KBDoATAIegQICBAB&fbclid=IwAR3-ggxpLKfqwsJNguVIPdSaK9m1alSr3Ec9Ch6YBaBEwks8ukw-oEaKoW0#v=onepage&q=Abulfaz%20Elchibey&f=false

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129930

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930