Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq

19.08.2019 - 14:05

Bu gündən Azərbaycandan Rusiyaya gedən sərnişinlərin əl çantaları və yükləri yeni qaydalara əsasən yoxlanılacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya gömrükçüləri sərnişinlərin yüklərini yeni qaydaya əsasən yoxlayacaqlar. Belə ki, avqustun 19-dan etibarən Rusiyada yeni fitosanitar nəzarət qaydaları qüvvəyə minib.

Yeni qaydalara görə, gəmi, təyyarə, qatar və avtomobillə Rusiyaya gələn sərnişinlərin əl çantaları və yüklərində meyvə və tərəvəz, gül və bitki mənşəli məhsulların miqdarı sərhəd-keçid məntəqələrində Gömrük Federal Xidmətinin əməkdaşları tərəfindən yoxlanılacaq. Əgər adıçəkilən məhsulların miqdarı 5 kiloqramdan artıq olarsa, o zaman həmin vətəndaşdan fitosanitar sertifikat tələb olunacaq. Bu sənəd olmayacağı təqdirdə, gömrükçülər həmin məhsulu götürəcəklər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=132078

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930