Moldovadakı səfirimiz Prezident İlham Əliyevin məktubunu Mayya Sanduya çatdırıb

19.11.2020 - 15:12

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Prezident İlham Əliyevin həmkarı Maya Sanduya ünvanladığı təbrik məktubunu ona çatdırıb.

Musavat.com xəbər verir ki, səfir yeni prezidentə bir dəstə çiçək də təqdim edib və Moldova və Azərbaycan arasında gələcəkdə də səmərəli əməkdaşlığın davam etdirilməsinə ümidvar olduğunu bildirib.

Daha əvvəl xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) lideri Mayya Sandunu Moldova Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

“İnanıram ki, Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”, – deyə Azərbaycan Prezidentinin saytında dərc edilmiş məktubda qeyd edilir.

İlham Əliyev həmkarı M.Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və “dost Moldova xalqının rifahı naminə” işlərində uğurlar arzulayıb.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157482

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930