Mutasiyaya uğramış virusun antigenliyi də dəyişirsə, indiki vaksinlərin effektivliyi azala bilər – Akif Qurbanov

24.12.2020 - 16:02

Mutasiya virusun hər hansı bir xüsusiyyətinin gen səviyyəsində tam dəyişməsi deməkdir. Əgər mutasiyaya uğramış virusun antigenliyi də dəyişirsə, onda əvvəlllər hazırlanmış vaksinlərin effektivliyi azala bilər.

Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, peyvənd hazırlayanlar koronavirusun dəyişən virus olduğunu qabaqcadan görürdülər:

“Ona görə də vaksin üçün onun elə gen bölgələrini istifadə ediblər ki, həmin genlər mutasiyaya çox az məruz qalır. Bu baxımdan hesab etsək ki, mütəxəssislər belə bir dəyişikliyin baş verə biləcəyini görürdülər, onda onun qarşısını da alırdılar. Vaksinlərin hazırlanmasında COVİD-19 virusunun elə bir gen bölgələrindən istifadə olunub ki, onlar mutasiyaya çox az məruz qalır. Ona görə də biz hesab edirik ki, indi hazırlanmış vaksinlər mutasiyaya uğramış viurusun törətdiyi xəstəliyə qarşı da kifayət qədər effektiv olacaq. Gələcəkdə hər hansı dəyişiklik baş verərsə, bu barədə əlavə məlumat verilə bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158800

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930