Respondentlərin 93,7 %-i hərbçilərin təltif olunmasını müsbət qiymətləndirib SORĞU

24.12.2020 - 16:08

Sosial Tədqiqatlar Mərkəzi (STM) Vətən müharibəsi iştirakçılarının təltifi və sosial təminatları ilə bağlı qəbul edilən qərarlara vətəndaşların münasibətini öyrənmək üçün rəy sorğusu keçirib.

Musavat.com xəbər verir ki, sorğunun nəticələrini dekabrın 24-də keçirdiyi mətbuat konfransında mərkəzin İdarə Heyətinin sədri, deputat Zahid Oruc açıqlayıb.

Respondentlərin mütləq əksəriyyəti 93,7 %-i (84,9 %– “çox yaxşı”, 8,8 %-i isə “əsasən yaxşı”) müharibədə göstərdikləri xidmətlərə zabit və əsgər heyətinin təltif olunmasını müsbət qiymətləndirib. Maraqlı məqam ondan ibarətdir ki, respondentlərin 5,6 %-nin təltifər ilə bağlı məlumatlı olmadığını bəyan etməsidir.

Müvafiq tarixi günlərin qəbul edilməsi ilə bağlı qərara isə münasibət respondentlərin mütləq çoxluğu tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 27 sentyabrın Anım günü kimi qeyd edilməsi ilə bağlı həmfikir olduğunu bəyan edənlər respondentlər rəyi öyrənilənlərin 96,7 %-ni“8 Noyabr”ın “Qələbə günü” kimi qeyd edilməsi ilə bağlı qərarı dəstəkləyənlər isə 99 % civarındadır.

Şəhid ailələri və müharibə veteranlarının sosial rifahının yaxşılaşdırılması və dövlət qayğısının təmini istiqamətində müəyyən edilmiş müavinətlərə münasibətə gəldikdə isə rəyi öyrənilənlərin 64,2 %-i müxtəlif dərəcələrdə müsbət yanaşma sərgiləmişdir (46,2 %-i “çox yaxşı”, 18 %-isə “əsasən yaxşı”). Buna baxmayaraq 16,4 %-lik bir respondent seqmenti (9,2 % “əsasən pis”, 7,2 % “çox pis”) əks mövqe sərgiləmişdir.

Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, sözügedən məsələ ilə bağlı məlumatsız olduğunu qeyd edən respondentlər ümumi rəyi öyrənilənlərin 17,5 %-ni təşkil edir.

Qeyd edək ki, sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb.

Sorğuda təsadüfi üsulla seçilən 1217 respondent iştirak edib. Seçmədə hər iqtisadi rayon üzrə sorğuya cəlb olunacaq respondentlərin sayı proporsional olaraq müəyyənləşdirilib.

Sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub.

Sahə işi 2020-ci ilin 6-13 dekabr tarixlərində aparılıb. Telefon zəngləri saat 10:00-21:00 arasında həyata keçirilib. Sorğunun orta keçirilmə müddəti 23 dəqiqə 17 saniyə olub.

Sorğuda iştirak edən respondentlər əhalinin bütün sosial-demoqrafik qruplarını təmsil edib. Seçmənin sayı əsasında statistik xəta əmsalı 2,8%, əminlik dərəcəsi 95%-dir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158804

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930