Əhliman Əmiraslanov: “Dərman ehtiyatı var, lakin bəzi şəxslər bu qıtlığı süni şəkildə yaradırlar”

24.12.2020 - 17:12

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov büdcə müzakirələri zamanı çıxış edərkən bildirib ki, 2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri nəzərəçarpacaq qədər artırılıb.

Musavat.com-un məlumatına görə deputat söyləyib ki, həmin vəsaitin böyük bir qismi ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə yönəldilib.
Komitə sədri qeyd edib ki, növbəti ilin ilk rübündə ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ilə bağlı proses başa çatacaq.

Ə.Əmiraslanov 2021-ci ilin yanvarından 31 şəhər və rayonda icbari tibbi sığorta həyata keçirilməyə başlanılacağını söyləyib: “Bu məqsədlə büdcədən 1 milyard 45 milyon manat vəsait ayrılıb. İllərdir ki, insalarımız bunu gözləyirdi”.

Ə.Əmiraslanov bildirib ki, pandemiyaya qarşı mübarizə üçün də xeyli vəsait ayrılıb: “Pandemiya elan olunduğu ilk gündən etibarən Prezidentin tapşırığı ilə Operativ Qərargah yaradıldı. Pandemiyanın ikinci mərhələsində yoluxmanın sayı kəskin artsa da, səhiyyə sistemimiz çökmədi. Bu gün 45 tibb müəssisəsi və 30 müasir laboratoriya pandemiya ilə mübarizəyə cəlb olunub. Məndə olan məlumata görə, ölkəmizdə dərman ehtiyatı var. Ancaq bəzi şəxslər bu qıtlığı süni şəkildə yaradırlar. 2021-ci ilin ilk aylarında ölkəmizə vaksinlər gətiriləcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158813

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930