Qənirə Paşayeva “Zəfər” Ordenli şəhid Şamil Babayevin qardaşı Əli Babayevlə görüşüb

27.12.2020 - 10:39

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Naxçıvan MR, Culfa rayonu, Camaldın kənd sakini, “Zəfər” Ordenli şəhid Şamil Babayevin qardaşı Əli Babayevlə görüşüb, ona Şəhid atası Baloğlan Babayevə Mədəniyyət Komitəsi adından ünvanlanmış Məktub və üzərinə “Şuşa Azərbaycandır” yazılı saat təqdim edib.

Musavat.com xəbər verir ki, məktubda aşağıdakılar deyilir:

“Əziz Şəhid atası,
Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu.
Oğlunuz Şamil Babayev (26.01.1988, Culfa – 07.11.2020, Şuşa) Azərbaycanın Daxili İşlər Nazirli­yinin

Daxili Qoşunlarının kapitanı olub. O, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq örnəyinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik, mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Zəfər” ali ordeni ilə, Prezidentin 15.12.2020-ci il tarixli Sərəncamı əsasındasa “Vətən uğrunda” medalı ilə təltif edilib.

Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır”.

Əli Babayev valideyninə ünvanlanmış ürək sözlərinə və səmimi görüşə görə təşəkkür edib.

Görüşdə, Mədəniyyət Komitəsinin eksperti Əkbər Yolçuyev iştirak edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158909

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031