DSMF sədri Kürdəmirdə şəhid ailəsi ilə görüşüb FOTO

28.12.2020 - 16:12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdan biri Elnur İmamverdiyevin ailəsi ilə görüşüb. Kürdəmir rayonunun Carlı kəndində yaşayan ailənin sosial vəziyyəti öyrənilib.

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, 19 yaşlı Elnur İmamverdiyev hərbi xidmət keçdiyi müddətdə daim komandirlərinin tapşırıqlarını vaxtı-vaxtında yerinə yetirərək, nizam-intizamlı əsgər kimi onların rəğbətini qazanıb. Bu xüsusiyyətlərinə görə ailəsinə təşəkkür məktubları ünvanlanıb. O, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. E.İmamverdiyev müharibəyə qədər ata, ana və qardaşı ilə birlikdə yaşayıb.

Şəhidin ailəsinə Prezident aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğu bildirilib. Fond sədri ailəyə təqaüd kartını, “Şəhid ailəsi üzvü” vəsiqəsini təqdim edib.

Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə də məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanacağı qeyd edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158985

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930