Qubada şəhidin vəsiyyətinə əsasən yeni doğulan oğluna onun adı verilib FOTO

29.12.2020 - 10:58

Vətən Müharibəsinin igidlərindən biri, son döyüşündən əvvəl mobil telefonla çəkdiyi videogörüntüdə şəhid olacağı təqdirdə dünyaya gələn oğluna öz adının verilməsini istəyən baş gizir Allahyarov Şahin Hüseynbala oğlunun vəsiyyəti reallaşıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, baş gizirin Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində dünyaya gələn oğluna onun adı verilib.

Xəstəxanadan “Report”un Şimal bürosuna bildirilib ki, çəkisi 3 kq 600 qram olan körpənin və anası Kəmalə Allahyarovanın vəziyyəti normaldır.

Qeyd edək ki, Şahin Allahyarov Quba rayonunun Zizik kəndində doğulub. O, sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü qoşulub. Bir sıra ağır döyüşlərdə şücaətlər göstərən Şahin Allahyarov noyabrın 1-də şəhid olub.

O, son döyüşündən əvvəl çəkdiyi videoda həyat yoldaşı Kəmalə Allahyarovaya son arzusunu “Əgər oğlum olsa, ona mənim adımı qoyarsınız”, – deyə bildirmişdi.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Allahyarov Şahin Hüseynbala oğluna “Vətən Müharibəsi Qəhrəmanı” ad verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159007

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930