“Əgər 10 gün sonra ölənlərin sayında azalma olmazsa…”- tanınmış həkim

30.12.2020 - 10:34

Ölkədə yoluxma sayında xeyli azalma müşahidə olunsa da, niyə gündəlik ölü sayında heç bir dəyişiklik yoxdur?

Son bir neçə gündür ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 4/1 qədər azalıb. Halbuki iki həftə öncəyə qədər ölkədə yoluxma sayı günlərlə 4 min nəfərdən aşağı düşmürdü.

Dekabrın 14-dən sərt karantin rejimi yenidən tətbiq edildikdən sonra yoluxma sayı sürətlə azalmağa başladı. Mütəxəssislər də iki həftə ərzində bu cür nəticənin əldə olunmasını böyük uğur kimi dəyərləndirirlər. Qeyd edək ki, dekabr ayının əvvəlindən bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə sərt karantin rejimi tətbiq edilib. Lakin həmin ölkələrin heç birində tez bir zamanda bu cür uğurlu nəticə müşahidə edilməyib.

Ölkədə koronavirusa yoluxanların sayında sürətlə azalmanı şübhə ilə qarşılayanlar da var. Bəziləri bilərəkdən yoluxma sayının artırlıb azaldıdılğını, rəqəmlərlə “oynamaq” kimi iddialar irəli sürürlər.

Bəs bu iddialar nə dərəcədə ciddidir? Daha bir məsələ, ölkədə yoluxma sayı xeyli azalma müşahidə olunsa da, gündəlik virusdan ölənlərin sayında heç bir dəyişiklik yoxdur. Təkcə dekabrın 28-də 39 nəfər virusdan dünyasını dəyişib. Səbəb nədir?

Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı mütəxəssisi, fleboloq

Məsələ ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Müşahidə edirik ki, ölkədə son günlərdə virusa yoluxanların sayında kəskin azalma var. Bir neçə həftə bundan əvvəl yoluxma sayı 4 mindən aşağı olmurdusa, indi artıq 772 nəfərə qədər düşüb.  Həkim kimi müşahidələrimə əsasən deyə bilərəm ki, son bir neçə gündə koronavirusla bağlı şikayətləri olan insanların sayı xeyli azalıb. Əvvəl biz bu yoluxmanı yaxın ətrafımızda hiss edirdiksə, son günlər bu məsələdə də səngimə var. Bu baxımdan ölkədə koronavirusa yoluxanların sayının azalması ilə bağlı rəqəmlərin doğru olduğu qənaətinə gəlmək olur. Virusdan ölənlərin sayının azalmamasına gəldikdə isə nəzərə almaq lazımdır ki, bu say indiki yoluxmanın üzərindən deyil. Virusdan dünyasını dəyişənlər ən azı 2 həftə bundan əvvəl virusa yoluxanlardır. Məlum olduğu kimi, bəzi insanlarda hətta virus onları tərk etsə belə müəyyən zamandan sonra qoyduğu fəsadlar ciddi ağırlaşmalara gətirib çıxara bilir.

Təxminən 10 gün sonra virusdan ölənlərin sayında da azalmalar olacağı gözlənilir. Əgər 10 gün sonra yenə də ölənlərin sayında azalmalar müşahidə olunmasa, o zaman bu sual ortaya çıxacaq ki, niyə virusa yoluxanların sayı 4/1-ə düşüb, amma virusdan ölənlərin sayı aşağı düşmədi?

Bir daha qeyd edirəm ki, virusdan ölənlərin sayı bu gün azalmış xəstələrin payına düşmür, bundan bir müddət əvvəl virusa yoluxan xəstələrin payına düşür.

Hər halda, “SMS icazə”nin bundan əvvəl olduğu kimi indi də effektiv olduğunu gördük. Hesab edirəm ki, hətta əvvəlkindən də effektli oldu. Bunun da səbəbi ondan ibarətdir ki, bu gün insanlar daha məsuliyyətli olmağa, qaydalara əməl etməyə meyillidirlər. İkinci bir tərəfdən, insanlar artıq koronavirusun mövcudluğuna yayda olduğu kimi yanaşmırlar. Virusun real, öldürücü olduğuna inanırlar. Bu baxımdan qorunma məsələlərinə daha diqqətli yanaşırlar.

Xatırlayırsınızsa, yay aylarında hər zaman “maska rejiminə əməl edin” – deyə mütəmadi çağırışlar edirdik və insanların əksəriyyəti buna diqqət göstərmək istəmirdi. Lakin indi çoxluq maskalardan doğru istifadə etməyə çalışırlar ki, bu da yoluxmaların sayının azalmasına gətirib çıxarır. Hesab edirəm ki, qaydalara daha da ciddi yanaşsaq, maskaları deyilən qaydada istifadə edib, dəyişsək, sosial məsafə gözləsək, əllərimizi vaxtında dezinfeksiya etsək yoluxma sayının daha da azalmasını əldə edəcəyik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159050

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031