Xətai rayonunda iki avtomobil toqquşdu, xəsarət alan var
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Qurbanov Araz Əbülfəz oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Short URL: https://www.cumhuriyyet.net/?p=159198