cumhuriyyet.net
Xətai rayonunda iki avtomobil toqquşdu, xəsarət alan var • Cumhuriyyət
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Qurbanov Araz Əbülfəz oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
nesimi