Kombini bu üsulla işlədin – Qaz pulu az gələcək…

19.01.2021 - 14:39

Havalar soyuduqca evlərdəki istlik sistemlərinin temperaturunun dərəcəsi də artırılır. Bu zaman isə təbii qaz və işıq sərfiyyatına qənaət edə bilmirik. Payız-qış aylarında evlərdəki istilik sistemlərinin qaz sərfiyyatını azaltmaq üçün nə etmək lazımdır?

Redaktor.az xəbər verir ki, mütəxəssizlərin fikrincə vətəndaşlar kombi cihazından düzgün istifadəni bilmir. Dərəcənin aşağı qoyulması qaz sərfiyyatının az olması demək deyil. Kombinin dərəcəsini açıq havaya uyğun seçmək lazımdır. Əgər bu, düzgün seçilərsə qaz sərfiyyatı bütün aylar üçün eyni olar. Çöldə hava 15-18 dərəcədirsə, kombi sistemlərində 60-65 dərəcə olmalıdı. Əgər çölün temperaturu 10 dərəcə və aşağı olarsa, evin istilik dərəcəsi 70-75 dərəcə ola bilər. Tövsiyələrə əməl edildikdə mavi yanacağa ən azı 30 % qənaət etmək olar.

Bu, cihazın harda və necə, hansı usta tərəfindən quraşdırılmasından da çox aslıdır. Borular düzgün çəkilməzsə və radioatorlar soyuq hava kütləsinin daxil olduğu yerlərdə quraşdırılmadıqda, kombi yanacağı çox yandırır. Əgər sadalanan qaydalara əməl edilərsə kombi cihazı 70-80 kvadrat metr sahə üçün ay ərzində 30-40 manatlıq qaz yandırır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160033

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728