Şamaxının Quşçu kəndi ərazisində vulkan püskürüb, 3 evin divarında çatlar əmələ gəlib

24.01.2021 - 11:08

Şamaxı rayonunun Quşçu kəndi ərazisində vulkan püskürüb.

APA-nın yerli bürosunun xəbərinə görə vulkan püskürməsindən öncə ərazidə güclü uğultu səsi eşidilib.

Sonra 15 dəqiqə ərzində yerin dərinliyindən çıxan lava 2 hektar ərazidə torpağın üz səthinə yayılıb. Təxminən 60-70 metr hündürlüyə qalxan palçıq vulkanı qaz uğultusu səsi ilə müşaiyyət olunub. Palçıq vulkanları üçün xarakterik olan alov sütunu bu dəfəki püskürmə zamanı qeydə alınmayıb. Hazırda püskürmə dayansa da ocaqda qaynamalar davam edir.

Ətrafdan kəskin qaz qoxusu gəlir. Püskürmə zonasından 150 metr aralıda evlər yerləşir. Kənd sakinlərinin sözlərinə görə bu vulkan həmin ərazidə ilk dəfədir ki, püskürüb. Bundan 2 kilometr aralıda isə 3 il əvvəl püskürən başqa bir vulkan ocağı var. İlk dəfə püskürən bu vulkan kənd sakinlərinin əkin sahəsini yararsız hala salıb, silkələnmə nəticəsində 3 evin divarında çatlar əmələ gəlib. Vulkanın püskürdüye ərazidə tektonik çatlar əmələ gəlib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160225

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930