Qulu Məhərrəmlidən sərt bəyanat: “Cinayət hesab edirəm”

28.01.2021 - 10:39

Ustad televiziyaçı, professor Qulu Məhərrəmli sosial mediada həyacanlı statusla çıxış edib.

Musavat.com ictimai əhəmiyyətini nəzərə alaraq, həmin statusu təqdim edir:

“AMEA-nın Dilçilik institutundakı “Qaynar xətt”in fəaliyyəti dayandırılıb, sistem ləğv edilib, kompüterlər sökülüb, otaq da hansısa şuraya verilib. Xatırladım ki, bu xətt Azərbaycan dilini inkişaf etdirməklə bağlı dövlət başçısı İlham Əliyevin imzaladığı “Dövlət Proqramı”nın konkret bəndinə (6.1.5) uyğun olaraq çox böyük əziyyətlə yaradılmışdı. İşlər mərhum akademik Tofiq Hacıyevin rəhbərliyi ilə aparılmışdı. İndi başqa akademiklər – AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və instititun direktoru Möhsün Nağısoylu müasir texnoloji sistemdən dilimizin tərəqqisi üçün istifadə etmək əvəzinə onu dağıdırlar.

Mən dövlətin müasir dil quruculuğu siyasətinə, “Dövlət Proqramı”nın tələblərinə zidd olan bu addımı Ana dilimizə qəsd və bağışlanmaz cinayət hesab edirəm. Güman edirəm ki, media da, ziyalılar da, AMEA rəhbərliyi də bu məsələyə biganə qalmayacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160367

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930