“Ən effektiv mübarizə üsulu vaksinasiyadır” – Baş infeksionist

02.02.2021 - 11:51

Koronavirusun Britaniya ştammının klassik ştammdan fərqi yalnız onun daha sürətlə yayılmasıdır. Beləliklə, yoluxmaların sayı artdıqca proporsional olaraq xəstələnənlərin, o cümlədən xəstəliyi ağır keçirən pasiyentlərin sayı artmalıdır. Məlum olduğu kimi, artq onlarla ölkədə, o cümlədən əhatəmizdəki ölkələrdə bu ştammın olması təsdiqini tapıb. Hazırda bir çox ölkələrlə əlaqələrimiz məhdud olsa da, birmənalı olaraq bu ştammın ölkəmizə gəlməsini inkar edə bilmərik.
Bunu Azvision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, hazırda Britaniya ştammının ölkə ərazisində sirkulyasiya etməsinın təsdiqi yoxdur.

“Bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər” – Prezident”Mutasiyaya uğramış virusun yayılmasını əngəlləyən faktor xəstəliyi keçirənlərin və vaksinasiya olunanların sayının çox olmasıdır. Yəni populyasion immunitet formalaşdıqca virusun yayılma sürəti səngiyir. Ona görə də vaksinasiya prosesinin ölkəmizdə mümkün qədər sürətlə aparılmasına nail olunması ideal variantdır. Nazirlər Kabinetinin təsdiqlədiyi COVID-19 infeksiyasına qarşı vaksinasiya strategiyasına müvafiq olaraq son iki həftə ərzində tibb işçilərinin əksəriyyəti peyvənd olunub və növbəti mərhələyə start verilib. Peyvənd olunanların sayı artıq bir neçə on min nəfər təşkil etsə də, elə bir ifadəli yan təsir müşahidə edilməyib. İnyeksiya yerində rast gələn qızartı, yüngül şişkinlik, zəif ağrılar təbii hal kimi qəbul olunmalıdır”.

Baş infeksionist qeyd edib ki, vaksinasiya prosesi yalnız kütləvi olduqda effekt verərək epidemik prosesin sönməsinə səbəb ola bilər:

“ÜST populyasion immunitetin əhali kütləsinin hansı hissəsində yarandığı zaman epidemik zəncirin dayanıqlı qırılacağı rəqəmin məlum olmadığını bildirir. Lakin bir çox alimlər orta hesabla bunun 70% ətrafında olmasını qeyd edirlər. Əlbəttə ki, konkret bölgədə bu saya əhalinin sıxlığı da təsir göstərir. Ona görə də əhali arasında maarifləndirmə işinin aparılması, şəxsi nümunənin nümayış olunması hazırda vaksinasiya olunmaqda tərəddüd edən əhali qruplarının prosesə cəlb olunması üçün çox önəmlidir”.

T.Eyvazov vurğulayıb ki, COVID-19 infeksiyasına qarşı ən effektiv mübarizə üsulu hazırda vaksinasiyadır. “Ölkəmizdə tətbiq olunan “Coronavac” peyvəndinin effektivliyi kifayət qədər yüksək və onun təhlükəsiz olması çoxsaylı klinik tədqiqatlarda müəyyən edilib. Peyvənd olunmuş şəxsdə qoruyuculuq müəyyən vaxt çərçivəsində formalaşdığından, fərdi qoruyucu vasitələrdən əvvəlki kimi lazımı səviyyədə və düzgün istifadə olunması karantin qaydalarının yumşalma dövründə yoluxma saylarının kiçik rəqəmlərdə qalması üçün əsasdır. Əks halda, biz yenidən əvvəlki dövrlərdə olduğu kimi yoluxma saylarının artımını müşahidə edə bilərik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160471

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930