Deputat: “Kim deyir ki, “Ədalət” qəzeti bağlanacaq?”

01.02.2019 - 09:40

Millət vəkili Aqil Abbas təsisçisi olduğu “Ədalət” və bir neçə digər qəzetin fəaliyyətini dayandıracağına dair yayılan xəbərlərə münasibət bildirib.

Deputat BakuPost-a açıqlamasında deyib ki, qəzetin bağlanmasından söhbət gedə bilməz: “Qəzetlərin bağlanacağını kim deyib ki? Müəyyən qəzetləri dövlət maliyyələşdirir. İndi də şərt qoyublar ki, tirajı artırın. Əvvəllər dövlət pul vermirdi, qəzetlər çıxmırdı?

“Ədalət” qəzeti yenə də çap olunacaq və KİVDF-nin şərtlərinə əməl olunacaq”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərin maliyyələşdirilməsinə dair tələbləri dəyişib. Bundan sonra son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edə bilər. Məhz bu tələblərə cavab verməsi real sayılmayan 20-ə qədər qəzetin bu gün elan edilən KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edəcəyi real sayılmır.

Həmin qəzetlərin aşağıdakılar olduğu bildirilir: “Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126649

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930