Tanınmış aparıcı: “Kəlbəcərdə bir daxma alıb, qalan ömrümü orada keçirəcəm”

26.10.2020 - 15:19

Xərçəngdən əziyyət çəkən tanınmış aparıcı Zülfiyyə Bayramova sosial şəbəkədə maraqlı paylaşımı ilə diqqət çəkib.

Musavat.com bildirir ki, aparıcı ömrünün qalan illərini Kəlbəcərdə keçirmək istədiyini qeyd edib:

“Vətənimin, torpağımın hər qarışını sevirəm. Amma Kəlbəcərə olan sevgim bir başqadır. Kəlbəcərli deyiləm, uzaqdan, yaxından heç bir əlaqəm yoxdur. Amma o yerləri doğma sanıram özümə. Təsadüfən ad günüm də Kəlbəcərin işğal gününə düşdüyündən heç ad günü keçirmədim. Hər qələbə xəbərinin arasında Kəlbəcərin adını acgözlüklə axtarıram. Bilmirəm Kəlbəcər işğaldan azad oldu xəbərini eşidəndə nə olacaq, bəlkə də qəlbim sevincdən dayanacaq, bəlkə də nə bilim, nələr olacaq. Allah o xəbəri tezliklə eşitməyi nəsib etsin. Söz: bir daxma alıb ömrümün son günlərini Kəlbəcərdə keçirəcəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156633

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930