Ermənilərin itkiləri 5 min deyil, daha çox, lap çoxdur…

30.10.2020 - 10:29

Azərbaycanlı hakerlər ermənilərin itkiləri ilə bağlı sensasion məlumatlar əldə ediblər

Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibədə sensasion bir məsələni də dünyanın diqqətinə çatdırıb. Ölkə başçısı Ermənistanın döyüş meydanlarındakı meyitlərinə sahib çıxmadıqlarını bildirib. Sitat: “Çoxdandır ki, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə söhbət gedir. Prinsip etibarilə bu mövzu Moskvada səslənib. Bu ayın 10-da humanitar mülahizələrə əsasən biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişik ki, gəlin, mübadiləni təşkil edək. Özü də, tam təfərrüatı ilə deyim, mən həlak olmuş erməni hərbçilərinin cəsədləri barədə tapşırıq vermişəm ki, onları maksimum dərəcədə refrijiratorlarda (soyuducularda), soyuq yerlərdə saxlasınlar, biz hamımız bilirik, insanların cəsədləri qalanda nə hala düşür”.

Ali Baş Komandan müsahibəsində bildirib ki, hər dəfə erməni tərəfi bəhanələr gətirirdilər ki, gəlin, bunu döyüşlər gedən yerdə edək: “Başa düşürsünüzmü, bu, mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Biz deyirik, yox, axı bizim dövlət sərhədimiz var. Gəlin, bunu Tovuz rayonunda, Qazax rayonunda edək. Gəlin, orada edək. Deyirlər, yox, yalnız burada. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtərəfli qaydada Ermənistana verilsin. Üstəgəl daha iki mülki şəxsi – bu ahıl insanları da verəcəyik. Dünən biz bunu etməyə çalışdıq, onları maşınlarla sərhəd tərəfə yola saldıq. ATƏT-in ofisini, Qırmızı Xaç Komitəsini bu işə cəlb etdik, lakin erməni tərəfi onları qəbul etmir. Onlar həlak olmuş insanlarının cəsədlərini qəbul etmirlər”.

Prezident: "Əgər onlar bu cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə  edək?"

Qeyd edək ki, ermənilərin meyitlərindən imtina etməsi ilə bağlı məlumatı bir neçə gün əvvəl Musavat.com olaraq da gündəmə gətirmişdik.  Mötəbər mənbələrdən əldə etdiyimiz məlumatda qeyd edilirdi ki, döyüş meydanlarında qalan 1500 meyit ermənilər tərəfindən təhvil alınmır. Həmin cəsədləri Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları əldə edilmiş müvəqqəti atəşkəs dövründə döyüş meydanlarından çıxarıb. Cəsədlər əvvəlcə Qazax istiqamətindən təhvil verilməli imiş (dünən yalnız 30 cəsəd və iki əsir düşmüş mülki şəxs Ermənistana qaytarılıb). Hətta cəsədlər həmin istiqamətə gətirilib də. Lakin ermənilər cəsədləri qəbul etməkdən imtina ediblər.

Отбита попытка контрнаступления армянских войск, тела убитых солдат  противника остались на поле боя

Ekspertlər bunun səbəbini belə şərh edir ki, artıq döyüş meydanında ağır məğlubiyyətlə üzləşən Ermənistan hökuməti 1500 cəsəd problemi ilə üzləşmək istəmir. Ermənistan hakimiyyəti belə bir məsuliyyəti üzərinə götürməkdən çəkinir. Çünki birdən-birə ölkəyə 1500 cənazə gətirilməsi ölkədə xalq etirazlarına, üsyana səbəb ola bilər. Ermənistan hökuməti də bunu dərk edərək vəziyyətdən çıxış yolu axtarır. Hələlik çıxış yolunu meyitləri almamaqda görürlər. Mötəbər qaynaqlar onu bildirir ki, 1500 cəsəddən əlavə döyüş meydanında xeyli sayda da erməni cəsədləri qalıb.

Bir məsələni də qeyd edək ki, azərbaycanlı hakerlər ermənilərin itkiləri ilə bağlı daha bir sensasion məlumat ortaya çıxarıblar.

Hakerlər erməni mənbələrində itkilərin siyahısını əldə ediblər. Siyahıda 6 minə yaxın şəxsin həlak olması qeyd edilir. Həmin şəxslərin hər birinin adı, soyadı, ata adı və təvəllüdlü qeyd edilir. Bəzilərinin isə fotoları var. Hakerlərin əldə etdiyi siyahı, Azərbaycan tərəfində olan erməni meyitlərini və hələ də döyüş meydanlarında qalan erməni itkilərini saydıqda ümumi itkiləri 10 min nəfərə yaxınlaşır.  Xüsusi olaraq qeyd etmək lazımdır ki, Ermənistan tərəfi rəsmi olaraq bu məlumatları heç bir halda təkzib etməyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156720

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30