Mifləri dağıdan savaş – hanı “yenilməz ordu”, hanı “qüdrətli lobbi”, hanı “əbədi dəstək”?

01.11.2020 - 10:48

115 ildən artıqdır ki, ölkəmizdə davam edən erməni-türk (Ermənistan-Azərbaycan) savaşının növbəti raundu bir sıra köhnə və son 30 ildə yaranmış, yaradılmış mifləri darmadağın etdi.

Yavaş-yavaş sıralayaq.

Məlum oldu ki, ermənilərin bizim haqqımızda uydurduqları və üfürüb böyütdükləri əsas mif – “azərbaycanlılar qorxaqdır, bizimlə döyüşə bilməzlər, daha heç vaxt bu cürətdə olmayacaqlar” stereotipi çox yanlışdır. İllərdir erməni hərbçilərindən Xocalı qətliamının, işğal olunmuş torpaqların, yer-yurdundan didərgin salınmış yüz minlərlə həmvətənimizin öcünü almaq istəyən oğlanlar, nəhayət, baş komandandan əmr və silah aldılar, aslanlar kimi düşmən üzərinə yeridilər və ilk 30 gündə 30 ilin işini gördülər.

Ermənilər bunu gözləmirdilər. Dağılan mifin məyusluğu onları elə çulğayıb ki, hələ də təsirindən çıxa bilmirlər. Onların “suriyalı, pakistanlı muzdlular” isterikası da bu üzdəndir. Dediklərindən elə çıxır ki, 5 rayonu həmin o iddia etdikləri “3-5 yüz nəfər muzdlu” alıb. Son günlərdə özlərinə də çatdı ki, yox, bu qədər irimiqyaslı hücum və azadetmə əməliyyarı 3-5 yüz adamın işi ola bilməz. Ona görə də mifik “muzdlular”ın sayını artırıb 2500-ə çatdırıblar. Bu, artıq onların yaratdığı yeni mifdir. Bizim döyüşçülərə məğlub olduqlarını etiraf etməmək üçün uydurublar.

33.jpg (79 KB)

Bu arada özləri barədə yaratdıqları “yenilməz Artsax ordusu”, “rəşadətli erməni əsgəri” mifi də püf-püf çiçəyi kimi bir üfürüklə dağılıb getdi. Onun da bir-iki hücumluq canı varmış. “Rəşadətli əsgərlər”in 5-6 mini necə vurulduqlarını bilmədən qırıldılar, 20-30-u əllərini qaldırıb təslim oldu, bir neçə yüzü mühasirədə, zəncirdə qalıb döyüşdülər və öldülər, 20-30 mini də arxasına baxmadan qaçdı, daha dəqiqi, öz sözləri ilə desək, “taktiki geri çəkilmə əməliyyatı” gerçəkləşdirdilər.

Ermənilərlə bizim bir ortaq mifimiz də vardı – eyni şeyə onlar da inanırdı, biz də. Ermənilər əmin idilər ki, nə qədər ərköyünlük edirlər, etsinlər, Rusiya həmişə onların arxasındadır, hər pəstəhalarını dəstəkləyəcək və ermənilər istədikləri vaxt Azərbaycana təpik atacaq, sonra qaçıb Rusiyanın arxasında gizlənəcəklər. İllərlə təkrarlanan presedentlər ermənilərdə belə bir əminlik yaratmışdı ki, Azərbaycanı çox hövsələdən çıxarsalar, əsəbiylə oynasalar və rəsmi Bakı “düşmən üzərinə hücum” əmri versə, müharibə ən çoxu 4 gün çəkəcək, sonra hər kəs öz mövqeyinə qayıdacaq.

unnamed.jpg (52 KB)

Bizdə də eyni düşüncə formalaşmış və daşlaşmışdı ki, Rusiya heç vaxt bizim ermənilərlə təkbətək savaşımıza imkan verməyəcək. Beyinlərdə belə bir mifik təsəvvür dolaşırdı. Ancaq sentyabrın 27-də başlayan və hamının 3-4 günə bitəcəyini güman etdiyi müharibənin 10-cu günü artıq ermənilərin də, bizim də həmin qənaətimiz puç oldu. Biz vəcdə gələrək əsgərə yardım etməyə qalxanda ermənilər məyusluğa qapılaraq Moskvaya, kömək ardınca, ən azı Rusiyanın atəşkəs sazişi əldə etməsi üçün xahişə qaçdılar.

Müharibənin bir ayının tamamında isə aydın oldu ki, Kreml, nahəyət, ermənilərlə bizi baş-başa buraxıb və tərəflərin hər ikisinə “uğrular arzu edən” müşahidəçi durumundadır. Ermənilərin Rusiyanı yüz bir fitnə-fellə öz tərəflərindən müharibəyə qoşmaq cəhdi də alınmır. Ermənilərin zəngləri, məktubları artıq Rusiya rəsmilərini bezdirib, erməni siyasilər hər gün “necə edək ki, Rusiya bizim müdafiəmizə qalxsın” mpvzusu ətrafında baş sındırırlar. Ter-Petrosyan, Köçəryan, Serj, Armen, Aram Sarkisyanlar, Vazgen Manukyan – hamısı bunu düşünür, hökumətə təkliflər verirlər.

1.jpg (12 KB)

Dağılan miflərdən daha biri də erməni diasporunun və onların maliyyələşdirdiyi erməni lobbisinin hər şeyə qadir olması, ölkə parlamentlərində qərar və qətnamələr qəbul etdirmələri barədə idi. Anlaşıldı ki, onların erməni həyasızlıığına dayanan gücü bir yerə qədərmiş. Bir qədər hart-hurt edəndən sonra gücləri qəsəbələrin, kiçik şəhərlərin şuralarında qərar qəbul etdirməyə çatdı və çarəsizliklərini büruzə verdilər.

Ermənilərn ağıllı millət olması barədə mif hələ Qarabağ münaqişəsinin qarşılıqlı güzəştlərlə həll olunması məsələsində heç cür geri addım atmaq istəmədikləri zamanı dağılmışdı. Ağıllı olsaydılar, ay sentyabrda oktyabra keçməmiş sülhə gələr, güzəştə gedərdilər və bu qədər zəif-zəlil duruma düşməzdilər.

Bu dəfə onların son dərəcə hiyləgər olmalarına dair əfsanə də puç oldu. Çünki heç bir hiylələri işə yaramadı, hamısı faş oldu, “bomba”ları əllərində partladı.

m-92.jpg (23 KB)

Bir zamanlar çox deyirdilər: “Ermənilər bir-birini tutan millətdirlər, həmişə bir-birilə dil tapır, anlaşırlar”. Bu mifə güllə hələ 1999-cu ildə bir qrup terrorçu parlamentdə dövlət xadimlərini güllələyəndə (böyük ehtimalla Köçəryanın sifarişi ilə) dəymişdi. İndinin özündə də erməni siyasilər bir-birini qırır, öcəşir və heç cür dil tapmırlar.

Ermənilərə dair daha bir mif, bilirsiniz, nəydi? “Erməni qan görəndə qorxur”. Xeyr, bu savaş sübut elədi ki, erməni qan görəndə qorxmur, əksinə, quduzlaşır və daha çox qan görmək istəyir.

Bununla yanaşı, ermənilər barədə məşhur olan bir əfsanə heç də puç olmayıb. Ümumiyyətlə, o əfsanə deyil, tam həqiqətdir. Bu da ermənilərin çox kindar, qisasçı olmasıdır. Bu, heç zaman dəyişməyəcək bir gerçəklikdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156782

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30