Havaların soyuması döyüşlərə necə təsir edəcək – açıqlama

03.11.2020 - 10:49

Üzeyir Cəfərov: “Bu, düşmənin işini çətinləşdirəcək, müqavimətini qıracaq”

Artıq Vətən müharibəsinin ikinci ayındayıq. Azərbaycan Ordusu işğal altında olan 4 böyük şəhəri, bir neçə yaşayış məntəqəsini, 200-ə yaxın kəndimizi işğaldan azad edib. Ordumuzun möhtəşəm və uğurlu döyüş əməliyyatları Müdafiə Nazirliyi tərəfindən yayılan videogörüntülərdə də öz əksini tapır.

Döyüş zamanı heç şübhəsiz ki, əsas faktorlardan biri də hava şəraitidir. Hava şəraitinin əlverişli olması ordumuzun döyüş əməliyyatlarını həyata keçirməsinə imkan yaradır. Əsasən də pilotsuz uçuş aparatlarının, texnikaların hərəkətinə əlverişli zəmin yaradır. Ordumuzun oktyabr ayında əldə etdiyi böyük uğurda havaların həddindən artıq yaxşı keçməsi də öz təsirini göstərdi.

Hava şəraitinin pisləşməsi, temperaturun kəskin aşağı düşməsi, yağıntıların başlaması döyüş əməliyyatlarına necə təsir edə bilər?

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, hər bir döyüşdə hava faktoru çox önəmlidir:

“Bu məsələyə səthi yanaşmağın tərəfdarı deyiləm. Amma indiki vəziyyətdə bundan çox narahat olmağa da dəyməz. Hələ ki qar yoxdur. Sərt qış da başlamadığı üçün hərəkət məhdudiyyəti yoxdur. Şübhəsiz ki, ordu komandanlığı bilir ki, ordu haradadır, onun təminatı necədir və nə etmək lazımdır. Qida, geyim və silahla bağlı lazım olan bütün məsələlər tam olaraq həll olunub.

Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

Üzeyir Cəfərov 

Ola bilər ki, əməliyyatlar çətinləşər. Fərz edək ki, yaxşı havada ordumuz gün ərzində 10 kilometr qət edirdisə, çətin hava şəraitində 6 kilometr ola bilər. Bunu misal olaraq göstərirəm. Çünki iqlim özünün təsirini göstərəcək və irəlilədikcə müəyyən işləri də görmək zərurəti yaranacaq. Amma bütün bunlara baxmayaraq, əməliyyat davam edəcək. Hər kəsə də məlumdur ki, Azərbaycan Ordusu artıq işin əsass hissəsini görüb”.

Ü.Cəfərov deyir ki, havaların pisləşməsi daha çox düşmənin işini çətinləşdirəcək, müqavimətini qıracaq:

“Onu da nəzər almaq lazımdır ki, hava şəraitinin çətinləşməsi bir tərəfdən də düşməni çökdürəcək. Onsuz da ağır durumda olan erməni silahlıları bir həftəyə, bir aya tam yanacaqsız silahsız, ərzaqsız qalacaq. Düşmən çökməyə məhkumdur. Ortada qalan Ağdam, Xocavənd istiqamətində qalan düşmən qoşunları ya təslim olacaq, ya da geri çəkilməli olacaqlar. Bu da artıq müharibənin də taleyinin həll olunması anlamına gəlir.

Bir ümidləri “Su-25″ təyyarələrinə idi. Artıq həmin təyyarələr də hava qaldırıldıqca vurulur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156837

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30