ATƏŞ XƏTTİ: Erməni silahlı qüvvələrinin Tərtərdəki müharibə cinayətlərinin dəhşət saçan STATİSTİKASI

05.11.2020 - 10:23

Tərtər istiqamətində nisbi sakitlikdir. Ara-sıra atəş səsləri eşidilir. Artıq düşmən Vətən müharibəsinin ilk günlərində olduğu kimi rayonu atəş altında saxlamaq iqtidarında deyil. Müzəffər Azərbaycan ordusu bu istiqamətdə Ermənistan silahlı qüvvələrini taqətdən salıb.

Hər ötən gün rayonda daha çox dinc sakinlərin hərəkətliliyi müşahidə olunur. Həyat tam olmasa da, öz axarına qayıdır. Sahələrdə əkin-biçin, məhsul yığımı başlayıb. Tərtər müharibə başlayan gündən düşmənin intensiv atəş altında saxladığı ərazilərimizdən olub. Rəsmi məlumata görə 27 sentyabrdan 3 noyabra qədər düşmən Tərtər şəhəri də daxil olmaqla rayonun 40 yaşayış məntəqəsinə təxminən 15 min 708 mərmi atıb, 21 raket yağdırıb.

Düşmənin raket və mərmilərindən 61 nəfər rayon sakini xəsarət alıb, 17 nəfər həlak olub. Yaralı rayon sakinlərindən 52 nəfər sağalıb, 9 nəfərin müalicəsi davam edir.

Ermənistan silahlı qüvvələrinin müharibə cinayətləri nəticəsində Tərtər rayonunda 137 ev, 2 sosial obyekt, 32 yardımçı tikili, 1 çoxmənzilli yaşayış binası, 3 istehsal obyekti, 11 ticarət obyekti, 2 inzibati bina, 2 ictimai-iaşə və 2 digər obyekt tamamilə dağılıb. Sadalanan tikililər top və raket zərbələrinin nəticəsində dağılaraq yararsız hala düşüb.

Ziyan dəyən tikililərin sayı isə belədir:

934 fərdi yaşayış evi, 66 çoxmənzilli yaşayış binası, 67 yardımçı tikili, 25 sosial obyekt, 8 istehsal obyekti, 30 ticarət obyekti, 15 ictimai-iaşə obyekti, 17 inzibati bina, 1 abidə, 2 digər təyinatlı obyekt, 1 istilik təchizatı obyekti, 3 su təchizatı obyekti, 5 xidmət sahəsi. Ermənistan silahlı qüvvələri Tərtər şəhər qəbristanlığı da daxil olmaqla rayon ərazisindəki 10 qəbiristanlığa qarşı vandalizm aktı törədilib. Düşmən toplardan açdığı atəşlər nəticəsində çoxsaylı qəbirüstü daşlar, abidələr dağılıb. Vətən müharibəsinin ağrı-acısı bu yerlərdə daha çox hiss olunsa da, düşmən istəyinə çatmadı, rayon sakinlərinin əzmini qıra, təşviş yarada bilmədi. Geridə qalan ermənilərin müharibə cinayətlərinin dəhşətli statistikası oldu. Hansını ki, Azərbaycan xalqı unutmaz.

Tərtər ayaqdadır, Azərbyacan Ordusunun zəfərlərinə sevinir. Qələbə xəbərinin gələcəyi günün uzaqda olmadığına da inam hər kəsdə sonsuzdur.

Tərtər

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156898

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30