Günün fotosu: Bunkerdən qaçanların İrəvanda keçirdiyi hökumət müşavirəsi

06.11.2020 - 10:29

Bu maskalı, hərbi mundirli kişilər (cins mənasında) qondarma və keçmiş “Dağlıq Qarabağ Respublikası”nın rəhbərləridir.

Başdakı günümüzün Əbubəkr Bağdadisinə (öldürülmüş İŞİD lideri) çevrilmiş Araik Arutyunyana oxşayır. Bağdadi kimi onun da bir neçə dəfə “öldü”, “vuruldu” xəbəri çıxdı, amma belə görünür ki, ya adamın “oxşar”ını tapıblar, ya da o, başını hər dəfə salamat qurtarıb.

Məkan isə nə Xankəndidir, nə də andiçmə mərasimi keçirmək üçün qalxdıqları Şuşa. Bu saat oralardan dron səsi gəlir deyə, “qədim erməni millətinin qəhrəman və fədakar oğulları” qaçıb İrəvana toplaşıblar. Salamatı budur. Bunlar “seçilmiş adamlar”dır axı, “ağ ermənilər”dir, kasıb Arakelin, Mkırtıçın oğulları kimi özlərini niyə güdaza versinlər.

Belə daha yaxşıdır, təhlükəsizdir, otururlar İrəvanın mərkəzindəki səliqəli kabinetdə, təmiz masaların arxasında, “erməni xalqının gələcəyini, təhlükəsizıliyini” düşünür, vəziyyətdən çıxış yollarını müzakirə edirlər. Əllərindən gələn yeganə iş arada Xankəndi ilə, əldə qalan yaşayış məntəqələrdəki bunkerlərdə gizlənən “azatmarik”lərlə əlaqə saxlayıb, “möhkəm durun, yaxın günlərdə cəbhədə dönüş olacaq” deyə-deyə ölümə tərk edilmiş əsgərlərə ümid vermək və möcüzə gözləmədir.

Beş-altı gündən sonra bunlar özlərinə “mühacirətdə olan Artsax hökuməti” adı qoyacaq, beynəlxalq status qazanmaq istəyəcək, qüdrətli dövlətlərin, beynəlxalq təşkilatların zəhlələrini tökəcəklər.

Heç kəs də bu “mühacir hökumət”dən soruşmayacaq ki, işğal etdiyiniz Azərbaycan rayonlarında dağıtdığınız, talan etdiyiniz 50 milyardlıq mal-mülk, sərvət necə olsun bəs, onu ödəməyi düşünürsünüzmü.

Biz isə gərək bu “mühacir hökumət”in başbilənlərinin bircə-bircə ələ keçirib hərbi tribunala verək, ya da İsrail hökumətinin Argentinadan tutub gətirib, mühakimə etdiyi hərbi cani Adolf Eyxmanın gününə salaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156935

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30