Lavrov: “Rusiya və Türkiyənin Dağlıq Qarabağda ortaq vəzifələri var”

12.11.2020 - 15:23

“Rusiya və Türkiyənin Dağlıq Qarabağda monitorinqlə bağlı ortaq vəzifələri var. Burada heç bir ikimənalılıq yoxdur. Ankara öz vəzifələrini başa düşür”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV nümayəndələrinə müsahibəsində deyib.

“Artıq dediyim kimi Türkiyə ilə ortaq vəzifələrimiz var – texniki nəzarət vasitələri ilə Azərbaycan tərəfdən sülhməramlı əməliyyat rayonundakı obyektiv vəziyyəti izləmək. Əməliyyat yalnız Rusiya Federasiyasının silahlı qüvvələrinin kontingenti tərəfindən həyata keçirilir. Burada hansısa ikimənalılıq yoxdur. Türk tərəfdaşlarımız bunu yaxşı bilirlər”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157147

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930