İnformasiya savaşının görünməyən tərəfləri – rəsmi mənbələrdən çox saxta xəbərlərə inananlar…

17.11.2020 - 10:36

Azərbaycan xalqı 44 günlük müharibə dövründə öz gücünü, birliyini nümayiş etdirdi və sonda həm döyüş meydanında qələbə çaldı, həm də informasiya müharibəsində, siyasi müstəvidə üstünlük qazandı.

 

Bu müddət ərzində cəmiyyətimiz ölkə Prezidentinin, eləcə də Hikmət Hacıyev kimi məmurların dediklərini eşitdi, inandı, düşmənin informasiya təxribatlarından uzaq durmağa çalışdı. Lakin Vətən müharibəsindən sonrakı günlərdə, bir çox ekspertlərin də dediyi kimi , “soyuq müharibə” dövründə cəmiyyətdə bəziləri rəsmi məlumatlara sanki şübhə ilə yanaşmağa, ilk gündən saxtakarlıq nümayiş etdirən erməni saytlarına, bir sıra qərəzli xarici mənbələrə inanmağa başladı. Bu məsələ xüsusən sosial şəbəkələrdə özünü qabarıq şəkildə göstərir. Bəs səbəb nədir?

Niyə bir çox insanlarımız rəsmi mənbələrimizə deyil, saxtakar, qərəzli mənbələrin yaydıqları iddialara inanıb pessimizmə qapılırlar?

Mövzu ilə bağlı teletənqidçi, filologiya elmləri doktoru, professor Qulu Məhərəmli “Yeni Müsavat”a danışıb:

“Məlum olduğu kimi, indi cəmiyyət gerçək informasiya axtarışındadır. Ona görə ki, müharibə xəbərlərindən fərqli olaraq, indi gedən proseslər barədə əvvəlki kimi rəsmi xəbərlər intensiv şəkildə verilmir. Amma bu o demək deyil ki, ölkədə və ya Qarabağ bölgəsində heç nə baş vermir və ya onlar haqqında məlumatlar yoxdur. Düşünürəm ki, indi biz soyuq müharibə dövrünə qədəm qoymuşuq.

Burada iki məsələni bir-birindən ayırmaq lazımdır – biri Xankəndində cərəyan edən, biri də ondan kənarda, məsələn, Azərbaycanın indi nəzarət etdiyi bölgələr və boşaldılmaqda olan rayonlarda baş verən hadisələr.  Xankəndində olan situasiya kifayət qədər mürəkkəb prosesdir. Çünki Rusiyanın bura səssiz müdaxiləsindən sonra orda nələr baş verir, bu haqda Rusiya mənbələrindən əldə etmək olur. Ümumiyyətlə,  burada baş verən hadisələr, informasiyalar Kəlbəcər, Ağdam, Laçın rayonları boşaldıqdan sonra daha aydın şəkildə öz gerçəkliyini göstərəcək. Ona görə də orada baş verən hadisələrə hələlik Azərbaycan rəsmiləri reaksiya vermir, bunun təxminən səbəblərini görürük və bunu anlamaq çətin deyil.

MTRŞ VƏ KİVDF-nin yeni rəhbərlərinə müəyyən ümidlər var” – QULU MƏHƏRRƏMLİ  - Hürriyyət

Qulu Məhərrəmli: “Belə məlumatların həddindən artıq yayılmasının səbəbi cəmiyyətində ruh düşkünlüyü yaratmaq, qazanılan qələbəyə başqa don geyindirməkdir”

Lakin ikinci məsələ, məlum rayonların boşaldılması ilə bağlı sosial şəbəkələrdə həddindən artıq yalan, doğru olmayan məlumatlar yayılır. Bildirilir ki, guya Rusiyanın burada əlahiddə gücü var, Türkiyəni yaxına buraxmır, proseslərdə Türkiyə ümumiyyətlə iştirak etmir və sairə. Bu cür məlumatların həddindən artıq yayılmasının səbəbi Azərbaycan cəmiyyətində ruh düşkünlüyü yaratmaq, qazanılan qələbəyə başqa don geyindirməkdir, yəni onların  məqsədləri aydındır. Yəni informasiya tarazlığı var və bu məsələ tənzimlənməlidir”.

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, bəzən rəsmi məlumatlar çox quru şəkildə açıqlandığına görə üçün bir çoxları üçün anlaşılan olmur:

“Adətən bu rəsmi açıqlamalar bir qədər diplomatik xarakter daşıyır, bəzi şeyləri tamamilə açıqlamır. Ona görə də insanlar istəyir ki, bəzi qaranlıq olan yerlər barədə məlumatlar alsınlar. Bunun üçün də xarici mənbələrə can atır, bir çox hallarda isə tələyə düşürlər. Çünki bilirik ki, hazırda informasiya müharibəsi gedir. Onlar da xüsusi texnologiyalar əsasında məsələni elə qururlar ki, bizim daxili auditoriyaya təsir edə bilsinlər. Ona görə də bu məsələlərdə ehtiyatlı olmaq lazımdır.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: “Mən demokrat deyiləm, çünki onun  mahiyyətini bilirəm” - VİDEO, FOTOLAR

Əhməd Qəşəmoğlu: “Məmurlarımız çalışmalıdır ki, vacib, əhalinin gözlədiyi informasiyaları daha açıq, operativ şəkildə insanlara çatdırsınlar ki, boşluq qalmasın”

Sentyabrın 27-dən noyabrın 10-a qədər ölkədə ciddi birlik var idi. Biz qələbələr çalırdıq. Bizim birlik nümayiş etdirməyimiz, güclü, qüdrətli olmağımız düşmənləri də düşündürür ki, nə cür dağıdıcı modellər tətbiq etsinlər. Beləliklə, düşmən təkcə top-tüfənglə deyil, həm də ideoloji cəhətdən bizə hücum etmək planlarını hazırlayırdı. Təbii ki, top-tüfəng tapmayanda daha çox bu silaha əl atmağa çalışırlar. Buna əl atanlar təkcə Ermənistanın içərisində deyil, dünyadakı digər erməni diasporları da bu məsələdə aktivdirlər.

Biz indi çalışmalıyıq ki, daxildən informasiyaları əhaliyə elə çatdıraq ki, əhali buna daha çox inansın. Təcrübələr göstərdi ki, bu proseslərin içərisində insanların Prezidentin köməkçisi Hikmət Hacıyevə qarşı rəğbəti çoxaldı. İnsanlar onun dediklərinin hamısına inanırdılar. Bu səbəbdən bu cür məmurlara inanmalıyıq. Daha doğrusu, məmurlar elə davranmalı, elə hərəkət etməlidir ki, insanlar onlara daha çox inansınlar. Bu səbəbdən işlər qarşılıqlı getməlidir. Həm əhali  xarici informasiyalarla bağlı bir qədər ehtiyatlı olmalı, həm də məmurlarımız çalışmalıdır ki, vacib, əhalinin gözlədiyi informasiyaları daha açıq, operativ şəkildə insanlara çatdırsınlar ki, boşluq qalmasın. Boşluq qalanda texnoloqlar bu boşluqdan istifadə edir öz məqsədlərini həyata keçirirlər”.

Psixoloq Azad İsazadə isə qeyd etdi ki, Azərbaycan cəmiyyəti hazırda da birmənalı olaraq istər erməni, istərsə də digər müstəqil saytların xəbərlərini yalan informasiya kimi qəbul edir:

“Əsasən indi hər kəs özünü inandırdığı Rusiya, Türkiyə, Avropa ölkələrinin müəyyən nüfuzlu mənbələrini, televiziyalarını izləyir, oradan öz axtardığı məlumatları toplamağa çalışır.

Azad İsazadə: Leyla Yunus anasının yanında basdırılmasını vəsiyyət etdi -  YouTube

Azad İsazadə: “Geniş şərhlər verilmir”

Niyə rəsmi mənbələrə şübhə yaranır? Çünki rəsmi məlumatlar həddindən artıq qurudur, faktura azdır və geniş şərhlər verilmir. Quru rəqəmlər, quru məlumatlar bəzi hallarda şübhə yarada bilir. Burada söhbət təkcə müharibədən getmir. Koronavirusla bağlı da bu cür quru məlumatlarla rastlaşırıq. Rəsmi məmur dili ilə deyilən bəzi cümlələri sonradan aydınlaşdırmaq üçün ayrıca oxumağa ehtiyac yaranır.

Beləliklə, cəmiyyət tərəfindən vacib hesab olunan məlumatları daha geniş, daha ətraflı, canlı dildə çatdırmaq lazımdır. Quru rəsmi dili cəmiyyət şübhə ilə qəbul edir. Ona görə də eyni məlumatı fərqli insanlar verəndə birinə inanır, birinə inanmırlar. Məlumatın ətrafında emosional şərhi də olmalıdır. Məsələ bundadır ki, tam düzgün, həqiqi məlumatı eyni zamanda düzgün çatdırmaq metodları olmalıdır. Burada bədən dili, səsin tembri, inandırıcı zahiri görünüş də rol oynayır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157343

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930