Rusiya XİN başçısı: “Kim hara qayıdır, kim hara gedir, hamısı bəyanatda yazılıb”

17.11.2020 - 15:18

“Kim hara qayıdır, kim hara gedir, hamısı bəyanatda yazılıb. Bütün bunlar ən yüksək səviyyədə razılaşdırılıb”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Mauerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin bütün bunların icra edilməsinin lazım olduğu barədə dəqiq anlayışı var.

“O ki, qaldı azərbaycanlı və erməni qaçqınların qayıtması məsələsinə, onlar öz ənənəvi yaşayış yerlərinə tam beynəlxalq humanitar hüquqa normalarına uyğun olaraq təhlükəsiz və könüllü olaraq qayıtmalıdırlar. Əlbəttə ki, onlara əvvəlki yaşayış yerlərində yerləşməyə yardım edilməlidir. Həmin yerlərdə hərbi əməliyyatlar gedib. O yerlərdə bərpa işlərinə ehtiyac var. Biz bu gün bu mövzu haqqında da danışdıq. Bu məsələdə beynəlxalq təşkilatlar öz rolunu oynaya bilər. Biz buna hər cür yardımı edəcəyik. Qayıtmaq arzusunda olanlara tezliklə yardım etmək vacibdir”, – deyə Rusiya XİN başçısı qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157355

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30