Qarabağda ermənilər tərəfdə döyüşən daha 3 muzdlunun kimliyi məlum olub FOTO

20.11.2020 - 10:43

Ermənistan tərəfində döyüşmək üçün Suriyadan Dağlıq Qarabağa gətirilən və Azərbaycan Ordusunun məhv etdiyi daha üç muzdunun kimliyi məlum olub.

“Report” xəbər verir ki, bu barədə məlumat Daşnaksütun Partiyasının feysbuk səhifəsində paylaşılıb.

Bunlar Suriyanın Hələb şəhərinin ermənilərin sıx məskunlaşdığı məhəllələrin özünümüdafiə komandiri, Daşnaksütunun üzvü Arut Panoyan (1976-cı il doğumlu), Hələb sakini Akop Astarçyan (1991-ci il doğumlu) və Hələbin özünümüdafiə yaraqlısı Mosik Seklemyandır (1992-ci il doğumlu).

Onlar paytaxt Yerevandakı Erablur xiyabanında basdırılıblar.

Qeyd edək ki, Daşnaksütunun Suriya qolu, həmçinin Yaxın Şərq ölkəsindəki digər erməni təşkilatları, əsasən, Bəşşar Əsəd ordusunun tərəfində Türkiyə və onun dəstəklədiyi mülayim müxalifətə qarşı döyüşürlər.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157520

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30