Levon Ter-Petrosyan: “Ermənistanı vətəndaş müharibəsi gözləyir”

05.12.2020 - 15:55

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyan və müxalifətin hökumət başçısı vəzifəsinə vahid namizədi Vazgen Manukyanı ölkəni vətəndaş müharibəsi həddinə çatdırmamağa çağırıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi Partiyasının mətbuat katibi Arman Musinyan feysbuk səhifəsində yazıb.

Sabiq dövlət başçısı bildirib ki, N.Paşinyan və V.Manukyanın qarşıdurması erməni dövlətçiliyinin sonu olar. L.Ter-Petrosyan hesab edir ki, baş nazirlə müxalifətin hökumət başçısı vəzifəsinə namizədi arasındakı mübarizə ölkədə vətəndaş müharibəsinə səbəb olar bilər: “Təxribat nəticəsində baş verəcək bu halın qarşısını tərəflər istəsə belə, ala bilməyəcək”.

Qeyd edək ki, 17 siyasi təşkilat Nikol Paşinyanın istefasını tələb edir. Müxalifət baş nazir postuna Vazgen Manukyanı vahid namizəd göstərib.

V.Manukyan 1946-cı il fevralın 13-də anadan olub. Ermənistanın ilk baş naziri, 1992-1993-cü illərdə isə ölkənin müdafiə naziri, 1988-ci ilin fevralında ermənilərin yaratdığı “Qarabağ” Komitəsinin həmtəsisçisi və əlaqələndiricisi, həmin ilin iyunundan isə “Qarabağ” Komitəsinin əlaqələndiricisi olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158043

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930