Hitlerin beşinci “dəfni”nin sirləri – Andropovun “Arxiv” əməliyyatı

11.12.2020 - 15:18

1980-ci illərin sonlarından sosialist düşərgəsindəki ölkələrdə sovet rejiminin süquta uğraması yeni ideyaların meydana çıxmasına səbəb olub. Xüsusilə 1990-cı ildə Almaniyada Berlin divarlarının sökülməsi, sərhəd nəzarətinin tam aradan götürülərək qərbi və şərqi Almaniyanın bir-birinə qovuşması bu ölkədə də maraqlı hadisələrlə müşayiət olunub.

Bu hadisələrin sırasında Adolf Hitlerin yanmış nəşinin basdırıldığı yerin axtarılması xüsusi yer alıb. Məsələdə Hitler ideyalarının daşıyıcılarının xüsusi marağı özünü daha qabarıq büruzə verib. Sözsüz ki, bu axtarış, fürer üçün olunan bu canfəşanlıq dünyanın ayrı-ayrı ölkələrində birmənalı qarşılanmayıb. Yəqin ki, Hitlerin sümükləri üçün belə “darıxanların” faşist cərəyanını yenidən fəallaşdırması çoxlarını narahat edib. Özünün son illərini yaşayan SSRİ isə bu hadisələrə heç bir reaksiya verməyib, hadisələri kənardan seyrçi qismində müşahidə edib. Sözsüz ki, Kremlin bu rahatlığı da səbəbsiz olmayıb.

Adolf Hitler hələ intiharından əvvəl öz kamerdinerinə (yüksək vəzifəli şəxslərin otaq köməkçisi, xidmət göstərdiyi şəxs), Haynts Liqenə vəsiyyət edib ki, özünün və Yeva Braunun cəsədlərini yandırsın. Fürer meyitinin sovet əsgərlərinin əlinə düşməsindən qorxub. Haynts Liqen sahibinin son əmrini yerinə yetirib. İstintaqa verdiyi izahatda da o, bunu təsdiqləyib.

TASS_16827205-pic905-895x505-62446.jpg (84 KB)

Fürerin intiharından və meyitinin yandırılmasından sonra Kremldən Berlində xidmət göstərən SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşlarına fürerin yandırılmış cəsədinin tapılması ilə bağlı xüsusi tapşırıq verilib.

Bir neçə gündən sonra, 5 may 1945-ci ildə “SMERŞ”-in zabiti, baş leytenant Aleksey Panasov cəsədlərin tapılması ilə bağlı rəhbərliyə məruz edib. O, məruzədə 10 meyitin aşkar olduğunu qeyd edib. Bunlar Adolf Hitlerin, Yeva Braunun, Göbbelsin, onun həyat yoldaşının və altı uşaqlarının meyitləri olub.
Bu tapıntıdan sonra fürerin “qara günləri” başlayıb. Ekspertlərin yandırılmış meyitlərin kimliyinin təsdiqləməsi işi uzandıqca Hitleri bir neçə dəfə torpağa basdırıb, çıxarıblar. Əvvəlcə onu Bux şəhərində “dəfn” ediblər, sonra yerdəyişmə edərək Fin şəhərində torpağa basdırıblar, daha sonra Hitler üçün Raten şəhərini məkan seçiblər.

Nəhayət, 1946-cı ildə ekspertlər son dəqiqləşdirilmiş rəylərini təqdim ediblər. Bundan sonra Hitlerin qalıqlarının harada basdırılması məsələsi müzakirə olunub. “SMERŞ” rəhbərliyi Kremlə fürerin Almaniyada, sovet qoşunlarının dislokasiya olduğu Maqdeburq şəhərindəki hərbi şəhərcikdə basdırılmasını təklif edib. Kreml razılıq verdikdən sonra Adolf Hitlerin, o cümlədən, digər doqquz nəfərin də nəşinin qalıqları həmin şəhərcikdə taxtadan hazırlanmış qutularda, iki metr dərinliyində torpağa basdırılıb və üstündən asfalt örtük çəkilib.

1970-ci ildə Almaniyada (ADR) sovet qoşunlarının dislokasiya yerləri dəyişdiriləndə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropov ərazidə Hitlerin “sərbəst” qalacağından narahat olub. DTK sədri fürerin beşinci “dəfn”i haqqında düşünüb.

d4cc628c9286.jpg (96 KB)

16 mart 1970-ci ildə Andropov Leonid İliç Brejnevə “tam məxfi” məktub ünvanlayıb. Məktubda aşağıdakı sətirlər də öz əksini tapıb:
“…Ərazidə tikinti, yol-təmir işləri aparılacağı təqdirdə Adolf Hitlerin nəşinin qalıqlarının üzə çıxması ehtimalı böyük olduğundan onların həmin yerdən çıxarılıb başqa yerə aparılmasını zəruri sayıram. Hitlerin nəşinin qalıqlarının aşkar edilməsi yeni siyasi qığılcımlara səbəb ola bilər…”
Baş katib məktubla tanış olduqdan sonra SSRİ Ali Soveti Rəyasət heyətinin sədri Podqornı və SSRİ Nazirlər Sovetinin sədri Kosıginlə müzakirə edib. Rəhbərlik Andropovun məktub-təklifini müsbət qəbil edib və o cümlədən bunun vacib və təxirəsalınmaz olduğunu bildiriblər.

DTK sədrinin əmri ilə məxfi “Arxiv” əməliyyatı hazırlanıb. DTK əməkdaşlarından ibarət xüsusi qrup Almaniyaya yollanıb. 4 aprel 1970-ci ildə Maqdeburqda yerləşən hərbi şəhərcikdə Hitlerin basdırıldığı ərazi çadırla bağlanıb, xüsusi mühafizə çadırın əhatəsində keşik çəkib, əməliyyat gecədən xeyli keçmiş başlayıb.

Fürerin və digər 9 nəfərin nəşinin qalıqları əvvəlcədən hazırlanmış xüsusi qutulara yığılıb. Onları Almaniyadakı SSRİ tank qoşunlarının dislokasiya olduğu hərbi hissəyə aparıblar. Qalıqlar yandırılıb, sümüklər xüsusi alətlərlə toz halına salınıb. Daha sonra həmin “toz”ları Biderits çayına atıblar. Gələcəkdə istənilən sübut və təsdiq üçün isə Adolf Hitlerin güllədən zədələnmiş çənə sümüyü dəlil kimi saxlanılıb.

Beləliklə, Adolf Hitleri beşinci dəfə dəfn etməyə ehtiyac qalmayıb. Andropov fürer qorxusunu birdəfəlik dəf etmək üçün onu toz halına saldıraraq axar çaya buraxıb.
Məhz elə bu səbəbdən də 1980-1990-cı illərdə Adolf Hitleri torpağın altında axtaranda Kreml bundan narahat olmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158306

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930