Gömrük Akademiyası Koreyanın Gömrük Sərhəd Nəzarəti Təlim İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb

18.12.2020 - 15:08

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Koreya Gömrük Xidmətinin (KGX) Gömrük Sərhəd Nəzarəti Təlim İnstitutu (GSNTİ) arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

Musavat.com xəbər verir ki, tədbirdə çıxış edən GSNTİ-nin baş direktoru Anna Ço təmsil etdiyi qurumun beynəlxalq təlimlərdə təcrübəsindən söz açaraq, GSNTI-nin 2010-cu ildən etibarən eyni zamanda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Regional Təlim Mərkəzi (RTM) kimi fəaliyyət göstərdiyini və beynəlxalq təlimlər təşkil etdiyini deyib.

KGX-nin 50 illiyi münasibətilə yaxın günlərdə qəbul edilmiş növbəti 50 illik yeni vizyonda təcrübə və innovasiyanın iki əsas açar söz olduğunu və növbəti ildən etibarən GNSTİ-nin KGX üçün həmin istiqamətlərdə təlimlər təşkil edəcəyini diqqətə çatdırıb. Beynəlxalq təcrübələri paylaşacağını vurğulayan baş direktor bildirib ki, GSNTİ-DGKA müqaviləsi ilə qarşılıqlı mübadilələr təcrübə və innovativ həll yollarının paylaşılmasına imkan yaradacaq.

Gömrük Akademiyasının rəisi Qulu Novruzov Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin salamlarını görüş iştirakçılarına çatdırıb. Akademiyanın multifunksional rolunu vurğulayan Qulu Novruzov qurumun milli gömrük təlim-tədris qurumu, dövlət ali təhsil müəssisəsi, ÜGT-nin Regional Təlim Mərkəzi, Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsinin (INCU) Regional Ofisi olduğunu deyib.

O, eyni zamanda, Akademiyanın Azərbaycan gömrük sektorunda kadr potensialının gücləndirilməsi üzrə milli və beynəlxalq fəaliyyətlərin koordinasiyası üçün DGK tərəfindən yaradılmış Milli Komissiyanın koordinatoru olduğunu qeyd edib. Qulu Novruzov xüsusilə, gömrük təlimi sistemləri, insan resurslarının inkişafı, gömrük sərhədlərinə nəzarət, risk idarəetməsi, gömrük sektorunda rəqəmsal bacarıqlar və İKT peşəkarlığı kimi sahələrdə GSNTİ-nin təcrübəsinin öyrənilməsində Azərbaycan tərəfinin maraqlı olduğunu vurğulayıb.

Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda 44 gün davam edən, şanlı Azərbaycan Ordusunun müstəsna qəhrəmanlığı sayəsində və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə milli qələbə ilə başa çatmış Vətən Müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini vurğulayan Akademiya rəisi, bütövlükdə ölkənin gömrük sektorunda kadr potensialının yaranmış yeni çağırışlara uyğun olaraq gücləndirilməsinin zəruri olduğunu bildirib.

Tədbirdə iştirak edən Azərbaycanın Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov 2020-ci ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Koreya-Azərbaycan əlaqələrinin, o cümlədən gömrük sahəsində ikitərəfli əməkdaşlığın gücləndiyini, Akademiya və GSNTİ arasında müqavilə ilə iki ölkə arasında təhsil əlaqələrində yeni bir gündəliyin – gömrük təlimləri əməkdaşlığının yaradıldığını bildirib. O, bu təşəbbüsü yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Sonra əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədi DGKA-nın rəisi Qulu Novruzov və GSNTİ-nin baş direktoru Anna Ço imzalayıblar.
Müqavilədə gömrük və əlaqədar sahələrdə peşəkar inkişaf və kadr potensialının gücləndirlməsi, müxtəlif birgə tədbirlərin həyata keçirilməsi, ikitərəfli akademik tədqiqatlar, heyət və informasiya resursları üzrə mübadilələr, milli və beynəlxalq layihələr üzrə birgə fəaliyyət, eləcə də, digər istiqamətlərdə tərəfdaşlıqlar nəzərdə tutulur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158577

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031