Bu gün 45 yaşı tamam olacaqdı… – Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

02.01.2021 - 10:55

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Azvision.az -ın məlumatına görə, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub.

O, Sumqayıt şəhərində orta məktəbi bitirib. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Daha sonra təhsilini Türkiyədə davam etdirib.

Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Ona vaxtından əvvəl general rütbəsi verilib.

General-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra yaşadığı Sumqayıt şəhərinə gətirilib.

Şəhid general iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.

9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159140

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031