Oğlu Yalçın Rzazadənin ölüm səbəbini açıqladı

23.02.2021 - 11:11

Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə atasının ölüm səbəbini açıqlayıb.

Xalq artistinin oğlu Orxan Rzazadə Musavat.com-a açıqlamasında deyib ki, Yalçın Rzazadə mədə və ürək xəstəliyindən əziyyət çəkib. O əlavə edib ki, Y. Rzazadə Türkiyədə Heydər Əliyev Fondunun dəstəyi ilə bir il müalicə alıb.

Sənətçinin qardaşı oğlu Anar Rzazadə qeyd edib ki, hələ də Mədəniyyət Nazirliyindən dəfn yeri üçün xəbər gəlməyib:
“Mehriban xanım sağ olsun, onun yaşaması üçün əlindən gələni etdi. Onun tapşırığı ilə əmim Türkiyədə müalicə aldı. Yalçın Rzazadənin ölərkən hər hansı vəsiyyəti olmayıb. Bizim güclü dövlətimiz var, düşünürük ki, xalq artistimizə lazımi dəyər veriləcək. Amma dəfnlə bağlı Mədəniyyət Nazirliyindən xəbər çıxmasa, xalq artistini Lənkəranda dəfn edəcəyik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161583

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930