Mesut Özil Ərdoğana görə Almaniya millisindən getdi: “Türklüyümə edilən hörmətsizlik…”

23.07.2018 - 00:17

“Arsenal”ın ulduz futbolçusu Mesut Özil Almaniya millisindəki karyerasını başa vurub. Yenicag.az xəbər verir ki, bu barədə təcrübəli yarımmüafiəçinin özü açıqlama verib. Türk əsilli futbolçu bildirib ki, belə qərar qəbul etməsinə səbəb qarşılaşdığı hörmətsizlikdir: “Bu vaxta qədər Almaniya millisinin formasını böyük bir qürur və həyəcanla geyindim. Bu qərarı çətinliklə qəbul etmişəm. Çünki Almaniyanın yaxşı insanları üçün hər şeyimi ortaya qoydum. Artıq millinin formasını geyinmək istəmirəm. Bəsdir! Mənim adım siyasi qalmaqallarda hallandırdılar. Bu səbəbdən futbol oynaya bilmirəm. Edilən hörmətsizliklərə isə göz yuma bilmərəm. Almaniya üçün etdiklərim tamamı ilə yaddan çıxdı. Türklüyümə edilən hörmətsizlik isə bardağı daşıran son damla oldu. İrqçiliyi qəbul etmərəm”.

Qeyd edək ki, türk əsilli futbolçunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi şəkil alman azarkeşlər tərəfindən xoş qarşılanmamışdı və yarımmüdafiəçi təzyiqlərlə üzləşmişdi.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=121419

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031