“İlham Əliyevə zəng vurardım, amma məndə nömrəsi yoxdur…”

26.07.2018 - 15:55

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda “Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktovla görüşüb və ona geniş müsahibə verib. Virtualaz.org xəbər verir ki, erməni KİV-ləri bu müsahibənin fraqmentlərini yayır. Müsahibədə Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə tanışlığına da toxunub. Bildirib ki, Moskvada Rusiya prezidenti Vladimir Putin onları tanış edib, amma təəsüf ki, bu tanışlıq “effektli olmayıb”.

Venediktov qeyd edib ki, Putin əvvəllər bir neçə dəfə Azərbaycan prezidenti və Ermənistan rəhbərliyi arasında görüş təşkil edib. “Gələcəkdə də hansısa belə format mümkündürmü?”-o soruşub.

“Mən futbol üzrə Dünya Çempionatının açılışı üçün Moskvada olanda Vladimir Vladimiroviç Azərbaycan prezidenti ilə bizi tanış etdi. Biz onunla tanış olduq. Sadəcə olaraq problem ondadır ki, təəsüflər olsun, bu tanışlıq o qədər də effektli olmadı”-Paşinyan cavab verib.

Paşinyanın sözlərinə görə, İlham Əliyev də bu günlərdə NATO sammitində iştirak edib, amma onlar bu sammitdə heç bir-birləri ilə salamlaşmayıblar da. “…Sadəcə olaraq…belə alındı da”-Ermənistan baş naziri deyib.

Venediktovun erməni liderin İlham Əliyevə zəng vura biləcəyi barədə qeydinə Paşinyan belə reaksiya verib: “Bilirsinizmi, bəli, bu yaxşı ideyadır, amma məndə onun telefon nömrəsi yoxdur”.

Bundan sonra Venediktov vəd edib ki, Əliyevlə görüşəndə ona belə sual verəcək: “Azərbaycan kompromisə hazırdırmı?” və Paşinyan üçün ondan telefon nömrəsi xahiş edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=121529

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930