Musiqili Teatr beynəlxalq festivalda üç tamaşa ilə çıxış edəcək

07.09.2018 - 10:09

Dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrı üç səhnə əsəri ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən Cumhuriyyet.net-ə bildirilib ki, sənət ocağı bu dəfə mötəbər tədbirə “O olmasın, bu olsun”, “Arşın mal alan” və böyük Hacıbəylilər nəslinin həyatından bəhs edən “Nuri-didə Ceyhun” tamaşaları ilə qatılacaq.

Festivalla bağlı fikirlərini bölüşən Musiqli Teatrın direktoru, Əməkdar İncəsnət Xadimi Əliqismət Lalayev deyib: “Üzeyir Hacıbəyli Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biridir. Müsəlman Şərqində novatorluğu ilə seçilən, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi olan bu dahi şəxsiyyət adını tarixə qızıl hərflərlə yazdırıb. Onun əsərləri dünya musiqisinin incilərindən sayılır. Hazırda kollektivimiz Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalına xüsusi hazırlaşıb. Festival tədbirləri çərçivəsində 3 tamaşa ilə çıxış edəcəyik. Sentyabrın 20-də, eyni zamanda, teatrımızın 109-cu mövsümünün açılış günüdür”.

Ə.Lalayev bildirib ki, teatrı öz pərdələrini “O olmasın, bu olsun” komediyası ilə açacaq. Tamaşaçılar əsərdə Xalq artisti, “Şöhrət” ordenli, milyonların sevimli gülüş ustası Afaq Bəşirqızını (Sənəm) və Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynovu (Məşədi İbad) görəcəklər. Sentyabrın 22-də saat 19:00-da “Arşın mal alan” operettası, ertəsi gün saat 19:00-da isə “Nuri-didə Ceyhun” (Əli Əmirli) tamaşası ilə teatrsevərlərin görüşünə gələcəyik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=122389

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930