cumhuriyyet.net
Kurort şəhərində azərbaycanlının meyiti tapılıb • Cumhuriyyət
Latviyanın kurort şəhəri Yurmalada azərbaycanlının meyiti tapılıb. “Report”un Avropa bürosunun məlumatına görə, bu, Latviya vətəndaşı, əslən Azərbaycanın Lənkəran rayonundan olan 1974-cü il təvəllüdlü İbadullayev Qulu Dadaş oğludur. Onun meyiti dəniz kənarında yarıçılpaq vəziyyətdə aşkar olunub. Azərbaycanlının dənizdə çimərkən boğularaq öldüyü ehtimal olunur. Q.İbadullayev Latviyada dəfn olunub.
nesimi