“Bank Avrasiya”nın vəziyyəti ağırlaşıb – Mənfəəti 43% azalıb

10.07.2019 - 18:50

“Bank Avrasiya” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 195,897 milyon manat təşkil edib.“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 15,6% çoxdur.
“Bank Avrasiya”nın aktivlərinin 75,73 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,8% kiçilib.
Hesabat dövründə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 22,1% artaraq 129,161 milyon manat, o cümlədən depozit portfeli 12,9% azalaraq 50,218 milyon manat, cəmi kapitalı isə 4,8% artaraq 66,736 milyon manat olub.
Bu ilin yanvar-iyun aylarında “Bank Avrasiya”nın gəlirləri 6,524 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 2,3% az), xərcləri 3,634 milyon manat (1,2% çox), xüsusi ehtiyatlara ayırmaları 265 min manat (1 il bundan əvvəl olmayıb), gözlənilməz gəlirləri isə 8 min manat (təxminən 8 dəfə çox) təşkil edib. Son nəticədə Bank I yarımili 2,634 milyon manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 43,3% azdır.
Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5%-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85%-lik, “Xalq Sığorta” ASC-nin 50%-lik səhmdarı), 37,5%-i “PDM Qrup” MMC-yə, 25%-i isə “Azbizneskom” MMC-yə məxsusdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129398

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031