“Qarabağ” Çempionlar Liqasında “Partizani”yə qalib gələrək mərhələ adlayıb -YENİLƏNİB

18.07.2019 - 12:57

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçına çıxıb.

APA-nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayır.

Qurban Qurbanovun yetirmələri Albaniyanın “Partizani” klubu ilə qarşılaşırlar. Ötən həftə Tiranada keçirilən qarşılaşmada qolsuz heç-heçə edən təmsilçimiz mərhələ adlamaq üçün mütləq qalib gəlməlidir.

Ardıcıl 5 il qitə kuboklarının qrup mərhələsinə yüksələn “Qarabağ” eyni uğura gedən yolda ilk addımını “Dalğa Arena”da atmalıdır. Yeni mövsümün ilk ev oyununda doğma azarkeşləri önünə çıxacaq ağdamlılar mərhələ adlasa, “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) cütünün qalibi ilə görüşəcəklər. Əgər çempionumuz bu vəzifənin öhdəsindən gələ bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək. Burada isə rəqib Moldova “Şerif”i olacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul

21:00. “Qarabağ” – “Partizani” (Albaniya) – 0:0
Baş hakim: Dumitri Muntean
“Qarabağ”: 13. Vaqner da Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medveyev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
“Partizani”: 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 9. Teofilus Solomon, 10. Yasir Asani, 17. Bruno Telyuşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyru, 33. Eneo Bitri
Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 19. Lorents Traşi, 38. Kristi Kote, 66. Xosep Ekuban, 90. Emmanuel Mensa, 99. Brayan Braun
Baş məşqçi: Franko Lerda
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 0:0

***

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya) oyununda ilk hissə başa çatıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 45 dəqiqəsində qapılara qol vurulmayıb.

***

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya) oyununda ikinci hissə start götürüb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 45 dəqiqəsindən sonra hesab dəyişməyib – 0:0.

***

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 51-ci dəqiqəsində Ağdam klubunun futbolçusu Filip Ozobiç fərqlənib – 1:0.

***

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 90+4-cü dəqiqəsində Ağdam klubunun futbolçusu Dani Kintana fərqi 2 topa çatdırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129774

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2019
BE ÇA Ç CA C Ş B
« İyl    
 1234
567891011
12131415161718
19202122232425
262728293031