Kipr klubu 17 legionerlə “Qarabağ”a qarşı

06.08.2019 - 11:59

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün “Qarabağ” APOEL-lə qarşılaşacaq; kimin şansı daha çoxdur?

Bu  gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” klubu Kiprdə APOEL-lə qarşılaşacaq. Nikosiyadakı GSP stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Ağdam təmsilçisi iki gün öncə Kiprə gedib.  “Qarabağ”  APOEL-lə oyun üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib. UEFA-nın saytının xəbərinə görə, Ağdam təmsilçisi 25 futbolçu sifariş verib. Heyətdə müdafiəçi xəttində  Ailton Silva və Rerrars Faysalın adı da var.

Yeni transferlər- yarımmüdafiəçi Xayme Romero və hücumçu  Maqaye Qeyenin də adı sifariş ərizəsində var.  Təəssüf ki,  xorvat futbolçu Filip Ozobiç Kiprdə klubuna kömək edə bilməyəcək. Onda dizətrafında sümük qırığı aşkarlanıb və əməliyyat ediləcəyi istisna deyil.  “Dundaik”la matçda zədələnən Miçel və Maksim Medvedyevin isə görüşdə meydana çıxacağı gözlənilir. Transferlərdən söz düşmükən, “Qarabağ”ın rəqibi də heyətinə yeni oyunçu cəlb edib. Qol.az-ın xəbərinə görə,  Nikosiya təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-Faysali” klubunun yarımmüdafiəçisi Omar Hanini alıb. Futbolçu yeni komandasının forması ilə şəklini “İnstagram” hesabında paylaşıb.

Xayme Romero ile ilgili görsel sonucu

Rəqibimiz 25 futbolçu sifariş verib ki, onlardan 17-si legionerdir. Onlar qapıçılar Vid Belets (Sloveniya),  Boy Vaterman (Hollandiya), müdafiəçilər  Kevin Lyafrans (Fransa),  Joaozinyo (Portuqaliya),  Praksitelis Vuros (Yunanıstan), Vuyadin Saviç (Fransa), Draqan Mixayloviç (İsveçrə), yarımmüdafiəçilər  Savvas Qendzoqlu (Yunanıstan), Lukas Souza (Portuqaliya),  Tomas De Vinsenti (İtaliya),  Uroş Matiç (Makedoniya), Alef dos Santos Saldanya (Braziliya), hücumçular isə Linus Hallenius (İsveç), Musa Süleyman (İordaniya), Andriya Pavloviç (Serbiya), Antonio Yakoliş (Xorvatiya) və Roman Bezyakdır (Sloveniya).

idman qarabag (3).jpg (66 KB)

Nikosiya təmsilçisi 1926-cı ildə yaranıb. Həmin vaxt qənnadı sexində bir araya gələn 40 yunanıstanlı özləri üçün futbol komandası yaratmağa qərar verib. APOEL adı altında yaranan komanda cəmi 2 il sonra fəaliyyətini genişləndirmək, digər idman növlərinə də diqqət ayırmaq məqsədilə APOEL-ə çevrilib. Klubun adı belə oxunur: Nikosiyanın Yunan Atletik Futbol Klubu.  APOEL 10 illik yubileyin qeyd olunduğu 1936-cı ildə  ilk çempionluğunu yaşayıb.

1948-ci ildə Yunanıstandakı vətəndaş müharibəsinə fərqli baxışlar klub rəhbərliyi 2 yerə parçalanıb. Tarixində 23 dəfə Kipr çempionu, 19 dəfə Kipr kubokunun qalibi, 11 dəfə 1963, 1984, 1986, 1992, 1993, 1996, 1997, 2002, 2004, 2008, 2009 Superkubokun qalibi olan APOEL Çempionlar Liqasının qruplarında  oynayıb.

APOEL-in baş məşqçisi italiyalı mütəxəssis Paulo Trametsani “Qarabağ” – “Dandalk” oyununu canlı izləmək üçün şəxsən Bakıya gəlmişdi.  Baş məşqçi Kipr mətbuatına “Qarabağ” haqda danışıb: “Bu mərhələdə zəif rəqib olmur. Hamısı güclü, eyni zamanda fərqli komandalardır.  “Qarabağ” güclü və texnikalı komandadır. Heyətində uzun illərdir birlikdə oynayan yaxşı futbolçular var. Rəqibin kimliyindən asılı olmayaraq, oyunlar çətin keçəcək” deyə,  bildirib.

Qurban Qurbanov ile ilgili görsel sonucu

”Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl isə bunları deyib: “Bilirsiniz, rəqib güclüdür, büdcəsi də bizimkindən çoxdur. APOEL hörmətəlayiq klubdur. “Qarabağ”ın oyununu birgə izlədik, mən həzz aldım. Qurban Qurbanov doğru siyasətlə klubumuzu idarə edir. “Qarabağ” doğru addımlarla irəli gedir. Hesab edirəm ki, indiki komanda tarixin ən güclü “Qarabağ”ıdır. Fikrimcə, çoxunuz mənimlə razılaşarsınız. Ona görə də addımlarımızı əmin şəkildə atırıq, qabağa gedirik. Kim deyə bilər ki, yekun nəticə nə olacaq? Ancaq hesab edirəm ki, APOEL qarşısında güclü komanda görəcəyik.

idman qarabag (1).jpg (30 KB)

“Qarabağ” oyun, cəsarət, keyfiyyət və şəxsiyyəti ilə Qarabağ məsələsini dünyaya çatdırmalıdır. Bizim işimiz budur”. Oyunqabağı proqnozlara gəlincə, Ağdam klubunun Bakıda böyük hesabla(3:0) qalib gəldiyi  “Dundalk”ın baş məşqçisi Vinni Pert  Azərbaycan təmsilçisinin  Kipr klubunu üstələyə biləcəyini söyləyib: ”Kiprdə heç kimin xətrinə dəyməmək şərti ilə qeyd etmək istərdim ki, növbəti mərhələdə “Qarabağ”a azarkeşlik edəcəyəm. Biz də istərdik ki, belə bir klubumuz olsun. Favorit qismində “Qarabağ”ı görürəm və məncə, bu komanda APOEL-i də keçəcək”.

APOEL və “Qarabağ” komandaları arasında ilk oyunu

italiyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim: Davide Massa
Yan xətt hakimləri: Fabiano Preti, Alberto Teqoni
Dördüncü hakim: Rosario Abisso (hamısı İtaliya)

Beynəlxalq miqyasda hakimliyə 2014-cü ildə başlayan Massa indiyədək həm Kipr APOEL-i, həm də “Qarabağ”ın bir oyununu idarə edib. 38 yaşlı referi Kipr təmsilçisinin 2015/2016 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində “Vardar”la Makedoniyada keçirdiyi oyunda iş başında olub. Həmin görüş heç-heçə ilə yekunlaşıb – 1:1. Təcrübəli baş hakim ötən mövsüm Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın Bakıda İngiltərə “Arsenal”ına 0:3 hesabı ilə uduzduğu II tur matçında da meydana çıxıb.  Massanın ilk oyunlarından biri isə 2014/2015 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində Bakı “İnter”inin (indiki “Keşlə”) İsveçdə “Elfsborq”a 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmaya təsadüf edib.

Qeyd edək ki, APOEL-lə “Qarabağ” arasında cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək. Kipr klubu  cavab oyununa gəlmək istəyən azarkeşləri üçün xüsusi təyyarə təşkil edəcək. Klubun rəsmi saytının məlumatına görə, çarter reysli təyyarə Larnakadan Bakıya avqustun 11-də axşam saatlarında uçacaq və oyundan dərhal sonra geri qayıdacaq. Onlar “Hyatt Regency” otelində yerləşdiriləcəklər. Səfər hər bir azarkeşə viza, səhər yeməyi və transfer xərcləri daxil olmaqla 570 – 800 avroya başa gələcək. Bura bilet xərcləri aid deyil.

idman qarabag (4).jpg (47 KB)

idman qarabag (5).jpg (67 KB)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=131700

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930