“Kürün Xəzərə tökülən hissəsinə bənd vurulmalıdır” – Qüdrət Həsənquliyev

03.07.2020 - 10:10

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev su qıtlığının aradan qaldırması üçün hansı addımların atılmasının zəruri olduğu barədə sualı cavablandırıb.

Partiya sədri qeyd edib ki, ilk növbədə Bakı şəhərində kanalizasiya suları dənizə axıdılmamalı, təmizlənərək suvarmada və yaşıllaşdırmada istifadə olunmalıdır: “Bundan başqa, təcili Kürün Xəzərə tökülən hissəsində bənd vurulmalı, dənizin duzlu suyunun çaya daxil olmasına imkan verilməməlidir. Kürün də suyunun dənizə tökülməsi həmin bəndlə məhdudlaşdırılmalı və kənd təsərrüfatı üçün istifadə olunmalıdır.

Azərbaycan BMT Təhlükəsizlik Şurasına müraciət etməli, Sərsəng su anbarının Azərbaycanın istifadəsinə qaytarılmasını tələb etməlidir. Tələb qısa bir müddətdə yerinə yetirilməzsə Azərbaycan həmin əraziləri işğaldan azad etməlidir. Neftçalada Kür üzərində tikiləcək bəndlə bağlı ekoloji məsələlər mütəxəssislərlə müzakirə olunmalıdır. Azərbaycan təcili sənaye üsulu ilə suvarma sisteminə keçməlidir. Hər kəs sudan qənaətlə istifadə etməlidir. Bir də özümüzdən asılı olanı etməklə yanaşı, Allaha dua etməliyik ki, bizi su ilə sınağa çəkməsin, bol yağışlar yağsın”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149144

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930