Ermənilərin qənimət hərisliyi: azərbaycanlıların tərk etdiyi Haqqıxlı kəndindəki göldə traktor və maşın axtarırlar – 30 İLDİR…

12.08.2020 - 12:34

Ermənistan  mətbuatı ermənilərin qənimət, başqalarının əmlakını talayıb ələ keçirmək hərisliyini bariz nümayiş etdirən maraqlı əhvalat dərc edib. Virtualaz.org xəbər verir ki, “Sputnik Armenia” agentliyinin bildirdiyinə görə, Tavuş vilayətinin Ovk kəndində sakinlər 30 ildir ki, azərbaycanlıların “gölün dibində gizlətdikləri” kənd təsərrüfatı texnikasını çıxarmağın yolları üzərində baş sındırırlar.

Belə ki, bu kənd Tavuş adı verilmiş bölgənin digər yaşayış məntəqələri kimi Azərbaycan torpaqlarında yerləşirdi və münaqişə başlayana qədər orada azərbaycanlılar yaşayıb. Kəndin adı isə Haqqıxlı olub. Kəndin ərazisində üç göl var, onlardan ikisi süni, üçüncücü təbii göldür. Sözügedən əhvalat da məhz bu göllə bağlıdır.

1988-ci ildə Ermənistandan azərbaycanlıların deportasiyası başlayanda kənd sakinlərinin bir qismi Azərbaycana, bir qismi Gürcüstana köçüblər. Və onların evlərini Azərbaycandan köçüb gedən ermənilər zəbt ediblər. O vaxtdan kənddə məskunlaşan ermənilər arasında belə söz-söhbət yayılıb ki, azərbaycanlılar evlərini tərk edərkən kənd təsərrüfatı texnikasını gölə atıblar. Nə vaxtsa geri qayıdanda çıxarıb təzədən istifadə etmək üçün…

Kənddəki süni göllərdən birinin ətrafında yerləşən istirahət kompleksinin sahibi Mqer Meliksetyan deyir ki, söhbət ola bilsin traktorlardan və yük maşınlarından gedir.O deyir ki, kənddə dəfələrlə azərbaycanlıların gölün dibində gizlətdiyi “xəzinəni” çıxarmağa çalışıblar. Hətta 90-cı illərdə Akop Davtyan adlı kənd sakini öz dostları ilə birlikdə gölü qurutmağa, orada batırılmış texnikanı çıxarmağa çalışıb. Lakin heç cür gölün dibinə çata bilməyib və heç  bir texnika aşkar etməyib. Daha sonra gölün dibindən texnikanı çıxarmağa başqa kənd sakinləri də cəhd ediblər, amma bu cəhdlər də boşa çıxıb.

“Bir neçə il əvvəl göldə adam batmışdı. Sevandan xilasedici-dalğıclar gəldi. Kənddə gözləyirdilər ki, heç olmasa dalğıclar gölün dibində texnikaları görəcələr və nəhayət 30 ildir davam edən əfsanəni təsdiqləyəcəklər. Amma onlar da heç nə görmədilər. Gölü yosunlar bürüyüb və dibini görmək mümkün deyil”,-Mqer deyir.

Belə məlum olur ki, gölün dibində gizlədilmiş texnika barədə əfsanə kənddən köçən azərbaycanlıların Azərbaycanda həmin kəndə köçən ermənilərə danışdıqları əsasında yaranıb. Haqqıxlı sakinlərindən kimsə bu kəndə yerləşən ermənilərə deyib ki, gölüb dibinə xeyli texnika atılıb. Və ermənilər 30 ildir həmin qəniməti axtarır…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152086

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930