Bakıdakı məşhur şirkətin işçiləri pullarını ala bilmədikləri üçün inthar etmək istədilər

06.09.2018 - 12:24

Xəbər verdiyimiz kimi, Bakıda 6 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib.

Cumhuriyyet.net xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətindən Qafqazinfo-ya daxil olan məlumatda bildirilib ki, onlar “Aves” MTK adlı özəl şirkətin işçiləri olub və əməkhaqqını ala bilmədikləri üçün bu addımı atıb:

“”Aves” MTK-dan işdən azad olunduqlarına və hər biri 1200 AZN məbləğində iki aylıq əmək haqlarını ala bilməmələrinə etiraz əlaməti olaraq Sabunçu rayon sakinləri 1993-cü il təvəllüdlü Əmrahlı Kənan Hafiz oğlu, 1993-cü il təvəllüdlü Yariyev Sabir Aslan oğlu,1995-ci il təvəllüdlü İsmayılov Emin Nağı oğlu,1992-ci il təvəllüdlü Mehdiyev Xəyal Səhadət oğlu,1995-ci il təvəllüdlü Yarızadə İbrahim Aslan oğlu,1991-ci il təvəllüdlü Yarıyev Qaytaran Aslan oğlu fəhlə işlədikləri “Aves” MTK-ya məxsus Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1146 saylı ünvanda yeni inşa edilmiş 16 mərtəbəli binanın qarşısında quraşdırılmış qaldırıcı kranının üzərinə çıxaraq intihara cəhd edib”.

Qeyd edək ki, “Aves” şirkətinin rəhbər işçiləri tərəfindən aparılan profilaktik söhbətlər nəticəsində intiharın qarşısı alınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=122383

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930