Qızını erməniyə ərə verən diaspor sədri separatçılarla BİRLƏŞDİ

01.10.2018 - 23:19

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimov Moskvada yenidən fəallaşıb. Diaspor.az-ın əldə etdiyi məlumata görə, A.Kərimov yeni imic formalaşdırmaq naminə Rusiyadakı azərbaycanlılar arasında nüfuz qazanmağa çalışır. Amma buna baxmayaraq, onun bu cəhdləri də Moskvada yaşayan azərbaycanlılar arasında etirazla qarşılanıb.
Belə ki, diaspor sədrinin son günlər erməni diaspor təşkilatları ilə yeni iş birliyinə başlaması Rusiyanın paytaxtında yaşayan həmyerlilərimizin hiddətinə səbəb olub. Azərbaycanlılar arasında nüfuz qazanmağa çalışan A.Kərimovun Azərbaycan mədəniyyətinə həsr olunmuş “Qranat” ümumşəhər nar bayramı ilə bağlı tədbir keçirməsi isə həmyerlilərimiz tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, iddiaya görə diaspor sədri yaxın günlərdə qeyd olunacağını planlaşdırdığı bayram tədbirində əslində Ermənistanla bağlı bəzi eksponantları nümayiş etdirməyi planlaşdırdırır. Eyni zamanda, Kərimovun bu tədbiri erməni diaspor təşkilatları ilə birlikdə həyata keçirməyi planlaşdırdığı bildirilir.
Tədbirin oktyabrın 6-da Suvorov meydanında baş tutacağı gözlənilir. Məlumata görə, Kərimov bir müddət bundan əvvəl həbs olunan separatçı təşkilat sədri Fəxrəddin Abbaszadənin komandası ətrafında sıx birləşib. Ona həbsdə olan Abbaszadə ilə birlikdə həyata keçirməyi planlaşdırdığı separatizmə yönəlmiş layihələrin reallaşdırılması tapşırılıb. Hazırda separatçı və ermənilərlə birlikdə əməkdaşlıq edən Kərimovun Azərbaycanın əleyhinə hazırlanmış bir sıra layihələr üzərində işlədiyi bildirilir. Moskvada keçirməyi planlaşdırığı Nar bayramı ilə əlaqədar olaraq şəhər meriyasına müraciət edən A.Kərimovun tədbiri erməni qohumları ilə birlikdə keçirməsi isə xüsusi olaraq vurğulanır. Hətta bayram tədbiri ilə bağlı erməni rəssamlara xüsusi subliminal mesaj xarakterli nar fotolarının çəkilməsi tapşırılıb.
Qeyd edək ki, A. Kərimov bir müddət əvvəl qızını erməni oğlana ərə verdikdən sonra azərbaycanlıların qəzəbinə tuş gəlmişdi. O, erməni ilə qohum olduğuna görə qürur hissi keçirdiyini bildirmişdi. Eyni zamanda, Qarabağ haqqında səsləndiyi fikir isə ictimaiyyətdə birmənalı qarşılanmamışdı. O, qarabağlı olmadığını və buna görə də, Dağlıq Qarabağda döyüşməyi düzgün hesab etmədiyini vurğulamışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123157

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031