Moskva: “Ovçular”, “Flaqman”,“Rosko” kolbasaları xərçəng yayır? – Video

08.10.2018 - 10:45

Məşhur “Rossiya -1” telekanalının yaydığı reportaj ciddi rezonans doğurub.

Cumhuriyyet.net Cahan.info-ya istinadən xəbər verir ki,telekanal Rusiyanın Dünya Sağlamlıq Təşkilatına istinadla kolbasanın xərçəng xəstəliyi yaydığını açıqlayıb.

Belə ki, təkrarən istifadəyə verilmiş ət, qida məhsulları birbaş xərçəng xəstəliyi yaradır. Kolbasa, sosiska, vetçina və bu növə daxil olan konservant məhsulların xəsətlik mənbəyi olduğu xəbər verilir.

Belə hallar Azərbaycandan da təsirsiz ötüşmür. Bir neçə kolbasa sexlərinin dəfələrlə insan həyatı üçün təhlükə yaradan yollarla hazırladığı məhsullar hüquq-mühafizə orqanları tərəfindən aşkar edilib.

Xeberal.az isə yazıb ki, son dönəmlər mediada “Ovçular”, “Ovqat, “Flaqman”, “Rosko” kimi tanınmış kolbasa firmalarının barəsində ittihamlara rast gəlinir.

Bu firmaların məhsullarının qoca, südsüz, Hindistandan gətirilən ətlərdən hazırlandığı, xəstəlik yaydığı, tərkibində müxtəlifd qatqılar olduğu iddia olunur.

Bu məlumatlarda bildirilir ki, sexlər ölmüş heyvan ətlərindən, kartondan istifadə edərək halal adı ilə satışa çıxarılan kolbasalara donuz piyi qatmaqla insanların sağlamlığını təhdid edir. 

Sayt yazır ki, tezliklə Qida Təhlükəsizliyi Agentliyi və hüquq-mühafizə orqanları tərəfindən adıçəkilən şirkətlərdə araşdırma aparılmasına zərurət var.

Məsələn, 2016-cı il. Bakıdakı mağazaların birində “Ovçular” şirkətinə aid iylənmiş, üfunət qoxulu kiflənmiş kolbasa aşkarlanır.2016-cı il.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan “Krakovskaya” yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyini müəyyən edir.

2017-ci il. “Ovçular” saxlama müddəti ötmüş Almaniya istehsalı olan “Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunur. Yutubda yerləşdirilən görüntülərdən aydın olur ki, “NZS” qəsəbəsində, həyət evlərinin arasında məskunlaşan “Ovçular” göz önündən gizlənməyə çalışıb.

Cahan.info-nun verdiyi məlumata görə, bir müddət əvvəl “Flaqman” şirkətinin kolbasasından zibil çıxmışdı. Şirkətin “Servelat” kolbasalarının birinin içərisindən qalıqlar tapılmışdı. “

Bizimyol.info” saytı onun fotosunu yaymışdı. “Flaqman” əmtəə nişanlı ət məhsulları ilə bağlı əvvəllər də problemlər yaşanıb. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən cərimələnib.

Xidmət şirkətin “Krakovskaya”, “Prima”, “Gülüstan”, “Pəhriz”, “Həvəskar” kolbasalarının və “Südlü”, “Kürə” sosiskalarının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığını və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğunu, eyni anbarda saxlanıldığını və eyni nəqliyyat vasitələri ilə daşındığını aşkar edib.

Əslində firmanın əvvəlki adı “AY-MİN” MMC idi. Axar.az yazmışdı ki, firmanın təsisçisi iki nəfərdir:Kərəm və Vüqar. Əslən Qubadan olan şəriklər dayı-bacıoğludurlar.

“AY-MİN” brendinin onların qızlarının adından götürüldüyü iddia edilir: Aytac Kərəmin, Minə isə Vüqarın qızıdır. Şirkətin bir müddət əvvəl üzləşdiyi cərimələrdən sonra adını dəyişərək “Flaqman” qoyduğu, telekanallarda, şəhərin müxtəlif yerlərində olan lövhələrdə reklamı getdiyi bildirilir.

Həmçinin, “Rosko” kolbasalarını istehsal edən “Avrora” şirkətidir. “Bu günlərdə ”Rosko” şirkətinin nümayəndəsi forumda deyib ki, onlar kolbasaya ət vurmurlar. Soya ilə nələrisə qatırlar, ət dadı verir. Sonra şirkət bunu təkzib etmişdi.

Yada salaq ki, “AzeSERT HALAL” Halal məhsulların Sertifikatlaşdırılması üzrə Orqan tərəfindən ticarət dövriyyəsində “Avrora”firmasının istehsalı olan “Rosko” əmtəə nişanlı kolbasa məmulatlarının markalanması və reklamında qeyri-qanuni olaraq AZS 731-1-2015 (OİC/SMİİC 1:2011) “Halal Qida” Dövlət Standartı varmış.

“Avrora” firması istehsal olunan məhsulların qeyd edilən standartın tələblərinə təkrar uyğunluğunun qiymətləndirilməsinin aparılmasından yayınaraq “HALAL” nişanından qeyri-qanuni istifadəsini davam etdirir.

Bütün tərəfləri dinləməyə hazırıq. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123485

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031