Xaləddin İsgəndərovun Binəqədidəki “yadigarı” İlqar Süleymanovun “torpaq sevgisi”

09.10.2018 - 00:58

Binəqədi Rayon icra hakimiyyətinin sabqi başçısı Xaləddin İsgəndərovun rayon ərazisində həyata keçirdiyi kütləvi qanunsuzluqlar, rayonu öz şəxsi mülkiyyəti kimi diarə etməsi ilə bağlı ölkə mətbuatında kifayət qədər məlumat mövcuddur. Məhz yarıtmaz fəaliyyətinin nəticəsidir ki, X.İsgəndərov ölkə başçısı tərəfindən tutduğu postdan uzaqlaşdırılmış, yeni kadrla əvəz edilmişdir.
Lakin BRİH-də X.İsgəndərovla yanaşı, ən az onun qədər məşhurluq qazan daha bir sima var ki, bu da icra başçısının I müavini İlqar Süleymanovdur. Xatırladaq ki, hələ X.İsgəndərovun dönəmində rayon ərazisində həyata keçirilən söküntü işlərinin “ilhamvericisi” kimi tanınan İ.Süleymanov, həm də rayon ərazisindəki ən gözəgəlimlə torpaq sahələrinin mənimsnilməsi və satışı işinə baxan şəxs kimi ad qazanmışdır. Təsadüfi deyildir ki, bəzi mətbuat orqanlarında onun Binəqədidəki məşhur “Zeytunluq” ərazisində xeyli miqdarda torpaq sahəsini ələ keçirməsi ilə bağlı məlumatlar yer almışdır. Bu günlər də isə redaksiyamıza başçı müavini ilə bağlı daha bir neçə informasiya daxil olub ki, onların bəzisini oxucuların diqqətinə çatdırırıq.
İlqar Süleymanovun bələdiyyələrə göstərdiyi “atalıq qayğısı”
Redaksiyamıza daxil olan məlumata görə, icra başçısının I müavini kimi önəmli bir posta sahib olan İ.Süleymanovun fəaliyyəti əsasən bir neçə yöndə özünü daha ciddi büruzə verir ki, bunlardan da biri bələdiyyələrlə bağlıdır. Belə ki, cumhuriyyet.az-a danışan mənbə bildirir ki, İ.Süleymanov əsasən Binəqədi və Xocasən bələdiyyələrinin əsas himayədarı kimi tanınır. Icra başçısının müavini vəzifəsində təmsil olunduğu gündən bu günə qədər sözün həqiqi mənasında sözügedən bələdiyyələrə atalıq qayğısı göstərən İ.Süleymanov, zaman-zaman onların fəaliyyətinə də yön verir, bu fəaliyyəti mütəmadi şəkildə redaktə və korrektələr həyata keçirir. Şübhəsiz, İ.Süleymanovun “torpaq işi”nə baxan bələdiyyələrə bu qədər yaxınlığı onun torpağa olan “sevgisindən” irəli gəlir. Mənbənin sözlərinə görə, bələdiyyələrə göstərdiyi himayədarlıq fonunda bələdiyyə sərəncamındakı torpaq sahələrindən də “zəhmət haqı” əldə edən başçı müavini bu gün də bu sahədə eyni canfəşanlıqla fəaliyyət göstərməkdədir.
Başçı müavini hamını “heç nədən” necə torpaq mülkiyyətçisi edir?
İ.Süleymanovun “xeyirxah” cəhətlərindən biri də onun torpaq sahibi olmaq istəyən heç kimin təklifinə “yox” deməməsidir. Bəli, nə qədər inanılmaz olsa da, başçı müavini imkan daxilində hər kəsi mülkiyyət shaibi etməyə çalışır. Bu səbəblə də bütün “münasib” şəxslərin xahiş və istəyini nəzərə alan İ.Süleymanov, onların hər birinə rayon ərazisindəki torpaq sahələrindən səxavətlə pay verir. Lakin sənəd üzərində və ya şifahi razılıq əsasında reallaşdırılan bu “xeyirxah iş” qısa müddətdən sonra öz yerini böyük məyusluqla əvəzləyir. Belə ki, bəlli bir müddətdən sonra bəlli olur ki, başçı müavini bir neçə ailənin səadətini eyni torpaq sahəsinə sığışdırmağa çalışıb. Başqa sözlə desək, bir torpağın bir çox sahibi mövcuddur. Bu isə təbii ki, sadəcə icra hakimiyyəti ilə vətəndaşlar arasında deyil, həm də vətəndaşların öz arasında ciddi narazılıq və qarşıdurmaya səbəb olur. Və sonda olan yenə də hamını “heç nədən” torpaq mülkiyyətçisi edən İ.Süleymanova deyil, sıradan vətəndaşlara olur.
Xeyir və şər təmsilçisi bir arada
Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, BRİH-nin yeni başçısı olan Elxan Allahverdiyevlə İ.Süleymanovun birgə fəaliyyəti də şübhə doğuran məqamlar sırasındadır. Belə ki, başçı postuna yeni təyin edilməsinə rəğmən bundan əvvəlki dönəmlərədki fəaliyyəti ilə müsbət imic qazanan, Binqədə sakinlərinin də rəğbətini qazanacağı şübhə doğurmayan E.Allahverdiyevlə tamam başqa dünyanın adamı olan İ.Süleymanovun bir arada çalışmasının mümkünlüyü inandırcı görünmür. Vətəndaşların probleminə həssaslıqla yanaşan, atdığı bütün addımlarda qanunun aliliyini rəhbər tutan E.Allahverənovdan fərqli olaraq, İ.Süleymanovun ictimai rəyə etinadsız yanaşdığı, hadisə və prosesləri şəxsi maraqları aspektindən təhlil etdiyi məlumdur. Bu isə onu E.Allahverdiyevin komandası üçün tamamilə gərəksiz bir adama çevirir. Bu baxımdan hesab etmək olar ki, İ.Süleymanovun X.İsgəndərovun aqibəti ilə üzləşəcəyi gün uzaqda deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123530

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031