“50 manat bas rəisin cibinə” – gömrükdə rüşvət videosu

07.11.2018 - 09:39

Sosial şəbəkələrin Azərbaycan seqmentində yayılmış videoyazıdan belə görünür ki, Dövlət Gömrük Komitəsinin Biləsuvar nəzarət-buraxılış məntəqəsinin əməkdaşları vətəndaşlardan rüşvət tələb edirlər.

Videioyazıda kişinin rüşvət ödəməkdən imtina etməsinə və onun Azərbaycan vətəndaşı kimi gömrük nəzarətindən maneəsiz keçmək üçün nə etməli olması barədə sualına cavab olaraq, əməkdaşlar həyasızcasına intihar etməyi məsləhət görürlər. Sonra isə rəisə 50 manat rüşvət verməyi tələb edirlər.

Vətəndaşların bildirdiyinə görə, onlar gecədən növbə tutmalı olurlar ki, Biləsuvar nəzarət-buraxılış məntəqəsində gömrük baxışından keçsinlər. Gömrük işçiləri rüşvət tələb edir, bunu ödəmək istəməyənlər isə təhqir olunurlar. İnsanlar onu da bildirirlər ki, Azərbaycan vətəndaşlarına münasibətdə İran gömrükçüləri də özlərini olduqca kobud aparırlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=124331

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930